Qurani-Kərimdə “İsra” surəsinin 24-cü ayəsində yaşlı ata-ana ilə rəftar haqqında belə buyurulur: "Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!". “Cənah” qanad, “Xəfz” isə endirmək, “Əz-zull” sözünün mənası isə zillət, kiçiklik və təvazökarlığı ifadə etməkdir. "Minər-rəhmət" sözü lütf üzündən mənasındadır. "vəxfiz ləhuma cənahəz-zulli minər-rəhməti" ifadəsi, mehribanlıqla onlar üçün təvazökarlıq qanadlarını aşağı salmaq mənasındadır.
Bu çox gözəl əmr uşaqların valideynlərinə qarşı vəziyyətini qanadlarını yuxarıdan aşağıya doğru hərəkət etdirən və cücələrini soyuqda lələk və qanadlarının altında yerləşdirən quşların vəziyyəti ilə müqayisə edir ki, onlar isti, yumşaq və təhlükəsiz mühit yaratmaqla özləri çətinlik çəksələr də, cücələri rahat olurlar. Valideynlər də öz övladlarına belə rəftar ediblər, indi yaşlı çağında uşaqlar da valideynləri ilə belə davranmalıdırlar. Ayənin sonundakı “Kəma rəbbəyani səğirən” ifadəsi bu mənanı gücləndirir.
Rəvayətdə bu təvazökarlığın nümunələri arasında ata-anaya baxarkən onlara göz dikməmək, onlara mərhəmət və şəfqətlə baxmaq lazım olduğu izah edilir. Həmçinin səs və əllərini onlara qaldırmamalı onlardan öndə getməməlidirlər.
Odur ki, təslimiyyət və təvazökarlıq qanadlarını bir vəzifə olaraq aşağı salmamalısınız. "Minər-rəhməti" "məhəbbətdən" təbiri o deməkdir ki, ana öz övladına sevgi və məhəbbətlə qulluq edib, onu təmiz və səliqəli etdiyi kimi, uşaq da ata-anasına yaxşılıq edərək bu cür işlər görməlidir. Sözsüz ki, valideynlərin davranışlarına və çətinliklərinə dözmək insanlar üçün qeyri-adi nəticələr və nailiyyətlər gətirir. Bu uğurların bəziləri dünyəvidir, lakin onların üstündə mənəvi nailiyyətlər vardır. Çünki Allah ata-anaya xidmət edən övladlara böyük lütf bəxş edir.