IQNA

İslam İnqilabının Ali Məqamlı Rəhbəri: "Qəzzada baş verənlər tarixə düşəcək"

10:56 - May 08, 2024
Xəbər sayı: 3495910
İQNA - İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Həcc və Ziyarət Təşkilatının rəsmilərini qəbul edib.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Həcc və Ziyarət Qurumunun rəsmilərini qəbul edib.

Bu görüşdə İnqilab Rəhbəri Ayətullah Xamenei Qəzzada baş verən hadisələrə toxunaraq, "Bu gün Qəzzada baş verənlər tarixə düşəcək və yol göstərəcək böyük bir göstəricidir" dedi.

Sionist rejimin müsəlmanların düşməni, ABŞ-ın isə bu rejimin şəriki olduğunu bildirən Ayətullah Xamenei, “ABŞ-ın dəstəyi olmasaydı, sionist rejimin bu cür vəhşi davranışlar nümayiş etdirməyə gücü və cəsarəti çatardımı?” dedi. Qətl törədənə və qətli dəstəkləyənə qarşı mehriban olmaq mümkün deyil. Müsəlmanları və onların tərəfdarlarını öldürüb didərgin salanlar da zalımdırlar və Qurani-Kərimə görə onlarla dostluq edən şəxs də zalımdır” dedi.

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İranın Fələstin məsələsinə münasibətini açıqlayıb və deyib: "İran İslam Cümhuriyyəti başqalarını gözləməyib və gözləməyəcək, lakin islami xalqlar və hökumətlərdən dəstək gəlsə, Fələstin xalqı bu vəziyyətdən xilas olacaq".

captcha