IQNA

Oman müfti müavini: "Quran tərcüməsi çətin, lakin dəyərli işdir"

10:36 - May 14, 2024
Xəbər sayı: 3495942
İQNA – Quranın tərcüməsi ərəb dilini və hədəf dilini mükəmməl bilən tərcüməçinin təfsir ilə kəlmə əssaslı tərcümə kimi edilməlidir.

"İQNA", "Oman Daily"-yə istinadən xəbər verir ki, Omanın müfti müavini Şeyx Kəhlan Əl-Hurusi Quran tərcüməsinin çətinlikləri və tələbləri haqqında məqalə yazıb.

Qurani-Kərimin ərəb dilində nazil olmasının səbəbinin özünəməxsus xüsusiyyətləri və qabiliyyətləri ilə bağlı olduğunu bildirərək, ərəb dilinin lüğət müxtəlifliyi, cümlə quruluşu, ritorik cəhətlər və dil sənətlərinin müxtəlifliyi baxımından fövqəladə imkanlara malik olduğu üçün Allah-taala Öz risalətini bu dildə bəndələrinə göndərdiyini bildirdi.

Müəllif Quranın ərəb dilində nazil olmasının ikinci səbəbi kimi onun dil və rəvayət möcüzələrinə toxunaraq yazıb ki, Quranın mesajlarını ən yaxşı şəkildə çatdırmaq üçün ayələrin məna və məfhumlarının tərcüməsi və təfsirinin birlikdə edilməsi lazımdır.

O, həmçinin bildirdi ki, bu, ərəb dilinin çox çətinlik çəkmədən mənaları çatdırmaq qabiliyyətinə malik olmasıdır.

Müfti müavini “Qurani-Kərimin tərcüməsi” və “Qurani-Kərimin mənalarının tərcüməsi” ilə bağlı mübahisələrə toxunaraq bildirib ki, bəzi insanlar Quranın səlis ərəb dilində nazil edildiyini və başqa dillərə tərcümə oluna bilməyəcəyini iddia edirlər.

Şeyx Hurusi bu iddiaları rədd edərək Quranın tərcüməsinin mümkün olduğunu və onun düzgünlüyünün mənbə və hədəf dillərdə tərcüməçinin yaradıcılığından, bacarığından və ustalığından asılı olduğunu bildirdi.

O, həmçinin bildirib ki, tərcüməçi qrup tərcümənin ünvanlandığı cəmiyyətin mədəniyyəti, mühiti və konteksti kimi məsələləri də nəzərə almalıdır.

Bundan əlavə, tərcümə elmində bu mətnlərin semantik və şifahi ölçüləri fərqli olduğundan onların tərcüməsi daha çox meyar və qaydalar tələb etdiyi məlumdur.

Müəllif onu da əlavə edib ki, tərcüməçinin ərəb dilini və hədəf dilini bilməsi tərcümənin keyfiyyətinə böyük təsir göstərir.

Şeyx Kəhlan həmçinin ərəb dilinə xüsusi diqqət yetirməyə, biliklərin artırılmasına və təhsilin səviyyəsinin yüksəldilməsinə çağırıb.

Nəhayət, müəllif Quranın “Yusif” surəsinin 2-ci ayəsində ərəb dilində nazil edildiyini belə qeyd edir: “Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşəsiniz”.

Füssilət” surəsinin 44-cü ayəsində də buna işarə edilir: "Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Qur’an etsəydik mütləq deyərdilər: Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!. De: (Bu kitabın nazil olmasında hədəf dil deyil.) Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar".

4214487

captcha