"İQNA", "Əkaz" qəzetinə istinadən xəbər verir ki, builki konfrans öz işinə “mülayimlik prinsiplərinin və dəyərlərinin yayılmasında Vəqflər Nazirliyinin rolu” adı altında başlayıb.
İki gün davam edəcək toplantıda 62 ölkədən vəqf nazirləri, müftilər və islam qurumlarının rəhbərləri iştirak edir.
Açılış nitqindən sonra iclaslarda ekstremizm və terrorizmə qarşı mübarizə, moizələrdə ekstremizmin qarşısının alınması, birgəyaşayış və dözümlülük kimi ümumi bəşəri dəyərlər, müsəlmanlara və İslama qarşı nifrət, dini nitqin başa düşülməsi və onun təbliğində rolu barədə geniş fikir mübadiləsi aparılacaq. Həmçinin dəyərlərin mötədilliyi və inkişafı, kifayət qədər məlumat olmadan fətva vermənin təhlükələri, imam və müəzzin təyinatı kimi məsələlər müzakirə olunacaq.
Çıxış edənlər həmçinin ateizmin təhlükələri və onlarla mübarizə yolları, Vəqflər Nazirliyinin mediadan istifadəsi və mediadan gələn təhlükələrin qarşısının alınması, Vəqflər Nazirliyinin məscid tikintisi və təmiri ilə bağlı təcrübələrindən danışacaqlar.
4229965