"İQNA", "Əl-Qüdsul-Ərəbi"-yə istinadən xəbər verir ki, Qüds valiliyi bir bəyanatda elan edib: "Sionist rejimin Qüds və Məscidül-Əqsa və onun qapılarına təcavüzü bu məscidin dağıdılması üçün bir müqəddimədir".
Qüds valiliyi bazar ertəsi verdiyi açıqlamada əlavə edib: "İşğalçılar mühasirə halqalarını gücləndirir və Əl-Əqsaya girişin qarşısını almaq üçün maneələr yaradırlar. Həmçinin mühacirlərə Təlmud mərasimlərini yerinə yetirmək üçün hərtərəfli dəstək verirlər və bu tədbirlər yalnız bir müqəddimədir. Bu məsciddə yeni bir vəziyyət yaradırlar".
Qüds valiliyi vurğuladı: "Bəzi işğalçı liderlərin açıqlamaları və onların bu rejimin Məscidül-Əqsanın tarixi və hüquqi statusuna sadiq qaldığına dair iddiaları yalandan başqa bir şey deyil".
Qüds valiliyi bütün dünya ölkələrindən İslami müqəddəs yerlər, xüsusən də Məscidül-Əqsa ilə bağlı ifrat sağ hərəkatın niyyətlərindən xəbərdar olmalarını istəyib.
Bu bəyanatda vurğulanır ki, işğalçıların Fələstin xalqına qarşı təcavüzü, o cümlədən qətlə yetirilmələri, həbs etmələri, Məscidül-Əqsaya girişin qarşısının almalrı, sürgün, ev dustaqlığı və bütün Fələstin torpaqlarında irqçi təzyiqlər bizi susdurmaqda və müqəddəs yerlərimizi, xüsusən də Məscidül-Əqsanı müdafiə etməyə mane olmaqda təsirli olmayacaq.
Qüds valiliyi Məscidül-Əqsanın təhlükəli şərtləri ilə bağlı xəbərdarlıq edib və bütün beynəlxalq ictimaiyyətdən Əl-Əqsanı qorumaq və İsrailin ifrat sağçı kabinetinin ona qarşı hücum və cinayətlərini cilovlamaq üçün öz məsuliyyətlərini qəbul etməyi istəyib. Bu bəyanatda Qüdsdəki vəziyyətin nəticələrinə görə məsuliyyəti işğalçı rejimin daşıdığı bildirilib.
Bu bəyanatın sonunda deyilir: "Fələstinin bütün vilayət, şəhər və qəsəbələrində Fələstin xalqının övladlarına, xüsusilə də işğal altındakı paytaxtda səbirli, möhkəm və mühasirəyə alınmış insanlara salamlar göndəririk. İşğalçılar onların Məscidül-Əqsaya çatmasına, orada namaz qılmasına mane olmağa çalışır, amma xalqımız əlləri boş, iradəsi, səbri və birliyindən başqa silahı olmadığı halda, bacardığı hər şeylə onu müdafiə edir".
4235722