IQNA

Çeçenistan müftisi bəzi rus məktəblərində hicab qadağasını pisləyib

10:22 - November 05, 2024
Xəbər sayı: 3497000
İQNA - Çeçenistan Respublikasının baş müftisi bəzi Rusiya məktəblərində baş örtüyünə qadağa qoyulmasını fərdi və dini azadlıqların hüquqlarının pozulması və qeyri-qanuni adlandırıb.

“Moskva Time” qəzetinin verdiyi məlumata görə, Çeçenistanın baş müftisi Salah Mejiyev Rusiyanın Vladimir vilayətində təhsil orqanlarının hicab qadağasını pisləyib.
Çeçenistan müftisi bildirib ki, bu məhdudiyyətlər dini etiqad azadlığı hüququnu pozur.
"Qadağanın yalnız islami geyimləri hədəf alması bizi şoka saldı", - deyə Mejiyev bildirib. “Ümid edirik ki, bu, müsəlmanlara qarşı planlaşdırılmış aksiyanın nəticəsi deyil, sadəcə olaraq təsadüfi bir pozuntudur”. ifadəsini işlətdi.
Çeçenistan lideri Ramzan Kadırovun da müşaviri olan Mejiyev bildirib ki, hicabın qadağan olunmasını müdafiə edənlər Rusiyanın milli təhlükəsizliyini nəzərə almırlar.
Rusiyanın Vladimir şəhərinin hakimiyyət orqanları keçən həftə qızların məktəblərdə hicab taxmasını qadağan edən qanun qəbul edib.
Vladimir vilayəti Milli Təhsili bildirib ki, məktəbli formasının dinindən asılı olmayaraq şagirdlər üçün məcburi edilməsi dövlət məktəblərinin dünyəvi olmasını təmin etməklə yanaşı, dini tərəfsizliyi də qoruyur.
Regional hakimiyyət bundan əvvəl 2013-cü ildə Rusiyanın Stavropol diyarında və 2015-ci ildə Mordoviya Respublikasında məktəblərdə hicab taxmağı qadağan etmişdi. Rusiya Ali Məhkəməsi hər iki qərarı təsdiqləyib.
4245220

Teqlər: Çeçenistan ، hicab ، rusiya ، qadağa
captcha