IQNA

Lahorda “İslam incəsənəti” sərgisi açılıb

11:02 - November 20, 2024
Xəbər sayı: 3497092
İQNA – İran İslam Respublikasının Mədəniyyət Evi Beynəlxalq “İslam İncəsənəti” Günü münasibətilə Pakistanın Pəncab əyalətinin mərkəzi Lahorda mədəniyyət sərgisi təşkil edib.

"İranPress"-in verdiyi məlumata görə, sərginin açılışı Lahur şəhərinin mədəniyyət salonlarından biri olan Əlhambra zalında baş tutub.
Açılış mərasimində İslam Təşkilatının Mədəniyyət və Əlaqələr üzrə İnsan Resursları Müdirinin müavini Hüseynipur və bu təşkilatın Asiya və Sakit Okean üzrə baş meneceri Adil Hani iştirak ediblər.
Sərgidə İranın İsfahan şəhərindən Səid Rza Kamraninin əl işləri (mavi rəngdə işlənmiş əsər) yer alıb.
Lahor Xəttatlar Dərnəyinin prezidenti ustad İrfan Qureşinin əsərləri də pakistanlı sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.
Sərginin açılışında çıxış edənlər İslam incəsənətinin müsəlman xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində bir vasitə kimi əhəmiyyətini vurğulayıblar.
Sərgi İran və Pakistanın mədəniyyət müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirilib və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm addım hesab olunur.


4249002

captcha