"Milligazete"-də yer alan xəbərə görə, gələn bazar günü Ərəb Liqasının Baş Katibliyi mərkəzində Qəzza və Suriyadakı vəziyyətlə bağlı Ərəb xarici işlər nazirləri təcili toplantı keçirəcək.
Dohada yüksək səviyyəli toplantı
Suriyalı müxaliflərin Hələbi ələ keçirib Hama yaxınlaşması nəticəsində bölgədəki gərginlik ən yüksək həddə çatıb. İran Xarici İşlər naziri Abbas Əraqçı bildirib ki, qarşıdakı həftə Dohada Astana prosesi çərçivəsində Qətər, İran, Türkiyə və Rusiya arasında Suriyadakı vəziyyətin müzakirə olunacağı bir toplantı keçirilə bilər.