IQNA

BMT: "Suriyada 1,5 milyon insan yerindən ola bilər"

15:59 - December 07, 2024
Xəbər sayı: 3497198
İQNA - Dünya Ərzaq Proqramının direktorlarından Abdel Caber, Suriyadakı münaqişələr səbəbindən hazırda 280 min insanın yerindən edildiyini bildirib.

"Reuters" xəbər agentliyinin verdiyi məlumata görə, İsveçrənin Cenevrə şəhərində jurnalistlərə açıqlama verən Dünya Ərzaq Proqramının Təcili Yardım Koordinasiya Direktoru Samir Abdel Caber, Suriyada yenidən artan münaqişələr və zorakılıq hadisələri səbəbindən keçən ayın sonundan etibarən 280 min insanın yerindən edildiyini qeyd edib.

Abdel Caber, "Vəziyyət bu cür davam edərsə, ümumilikdə təxminən 1,5 milyon insanın yerindən ediləcəyini və bizim yardımımıza ehtiyac duyacağını gözləyirik," deyə vurğulayıb.

Suriyadakı vəziyyətin, münaqişələrin son dövrdə şiddətlənməsi öncəsində də asan olmadığını bildirən Abdel Caber, "Bu səbəbdən maliyyə dəstəyinə təcili ehtiyac olduğunu vurğulayırıq," deyə qeyd edib.

captcha