Khaama Press agentliyinin verdiyi məlumata görə, Məzari-Şərifdə “Se Dukan” şiə məscidi yaxınlığında baş verən partlayış nəticəsində çoxlu sayda ölən və yaralanan var.
Partlayışın şəhərin eyni adlı “Se Dukan” ərazisində baş verdiyi, azı 4 nəfərin öldüyü və yaralandığı bildirilib.
Qeyd olunub ki, Əfqanıstanda hökuməti əlində saxlayan Taliban rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib və heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.