IQNA

İrlandiyanın ən böyük məscidi müvəqqəti bağlanıb

10:38 - April 28, 2025
Xəbər sayı: 3498090
İQNA – İrlandiya paytaxtının ən böyük məscidi hadisədən sonra müvəqqəti olaraq bağlandığını açıqlayıb.

“The Journal” xəbər verir ki, İrlandiyanın paytaxtı Dublinin Klonski rayonunda yerləşən İrlandiyanın İslam Mədəniyyət Mərkəzi müvəqqəti olaraq bağlanıb. Məscid, mədəniyyət mərkəzi, məktəb, bazar və restoranın daxil olduğu İslam Mədəniyyəti Mərkəzinin girişlərində vurulan xəbərdarlıq lövhələrində İslam Mədəniyyəti Mərkəzinin müvəqqəti olaraq bağlanmalı olduğu bildirilir.

İrlandiya İslam Mədəniyyəti Mərkəzinin rəsmi internet saytında və ya sosial media hesablarında heç bir açıqlama olmadığı halda; Mərkəzin qapısına vurulan bildirişdə deyilir: “Keçən şənbə günü baş vermiş son dərəcə narahatedici hadisədən sonra Məscidi və Mərkəzi müvəqqəti bağlamaqdan başqa çarəmiz yoxdur”.

Açıqlamada deyilir ki, şənbə günü baş verən hadisə məscidə, mərkəzə və idarə heyəti üzvlərinə hücumdur.

Bağlanma səbəbi ilə bağlı əlavə məlumat verilməsə də, “The Journal”, mərkəzdəki məscidin içərisində qeydə alınan görüntüləri də aldıqlarını yazıb. Görüntüləri dərc etməyən internet saytı bildirib ki, görüntülərdə xaotik səhnələr var, o cümlədən, bir qrup kişi bir-birinin üstünə qışqırıb, bir-birini itələyir.

İrlandiya Müsəlman Şurasının prezidenti Şeyx Doktor Ömər əl-Qədri “The Journal”a deyib ki, hadisə daxili mübahisənin nəticəsidir.

Bəyanatda deyilir ki, İrlandiya İslam Mədəniyyət Mərkəzi (ICCI) şənbə günü baş verən hadisələrlə bağlı tam araşdırma tamamlanana və təhlükəsizlik protokolları tətbiq olunana qədər bağlı qalacaq.

Mədəniyyət Mərkəzinin bəyanatında deyilir: “Bu, məscidimizin və mərkəzimizin tarixində kədərli bir məqamdır”.

Bildirilib ki, məscidin bağlanması barədə qərar “ictimaiyyətimizin, xüsusən də Müsəlman Milli Məktəbində təhsil alan uşaqların təhlükəsizliyi üçün son dərəcə narahatlıqla” qəbul edilib.

Bağlanmanın səbəbi bəlli olmasa da, çərşənbə axşamı “Məscidlərimizi bağlanmaqdan xilas edin” adlı onlayn petisiya başladıldı. Petisiyanı 1800-dən çox insan imzalayıb.

4278488

captcha