IQNA

Əl-Əqsa məscidində Qurban bayramı namazı

1:09 - June 07, 2025
Xəbər sayı: 3498316
İQNA - İşğal altında olan Şərqi Qüdsdə müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidində on minlərlə müsəlman bayram namazını qılıb.

“Əl-Bələd” saytının verdiyi xəbərə görə, on minlərlə müsəlman bütün məhdudiyyətlərə baxmayaraq, Məscidül-Əqsada bayram namazını qılıb. Bayramın gəlişi ilə məscidin həyətlərində təkbir sədaları səsləndi.

Səhər saatlarından camaat məscidin həyətinə dağılarkən, İslam Vəqfləri Ümumi Müdirliyinə bağlı təhlükəsizlik qrupları camaata təşkilatçılıq edib.

İşğalçı qüvvələr və yəhudi gəlmələrin tətbiq etdiyi bütün qadağalara baxmayaraq, səhər saatlarından etibarən minlərlə insan Əl-Əqsanın həyətlərinə toplaşmağa başlayıb.

Namazdan sonra bəzi yəhudi gəlmələr Əl-Əqsadan çıxan camaat qarşısında təxribatçı mahnılar oxuyaraq və şüarlar səsləndirərək gərginliyi artırmağa çalışıblar. Bu insanlar xüsusilə Hitta və Esbat qapıları arasındakı Mücahidlər yolunda toplaşıblar.

İşğalçı rejim köhnə şəhərin girişlərində və Məscidül-Əqsanın qapılarında təhlükəsizlik tədbirlərini artıraraq minlərlə insanın içəri girməsinə mane olub. Bütün qadağalara baxmayaraq, Qüdsdəki bayramın sevincini və mənəviyyatını yaşamaq əzmində olduqlarını nümayiş etdirdilər.

Fələstin Müqavimət Komitələri bəyanatında bütün fələstinliləri, ərəb və İslam dünyasını Qurban bayramı münasibətilə təbrik ediblər.

4286788

captcha