“İQNA” xəbər agentliyinin verdiyi xəbərə görə, Hörmətli Ayətullahül-uzma Sistaninin ofisinin bəyanat mətnində deyilir:
Bismillahir-Rahmənir-Rahim
Nəcəf Əşrəfdəki ali dini mərcəiyyət bir daha İran İslam Respublikasına qarşı hərbi təcavüzün davamını və bu ölkənin ali dini və siyasi rəhbərinə qarşı edilən istənilən sui-qəsd təhdidini qətiyyətlə pisləyir və qəti xəbərdarlıq edir ki, bu cür cinayətkar hərəkətlər dini və əxlaqi meyarlara açıq-aşkar zidd olmaqla yanaşı, beynəlxalq adət və qanunların kobud şəkildə pozulmasıdır və bölgə üçün son dərəcə ağır nəticələrə səbəb ola bilər. Bu isə vəziyyətin tamamilə nəzarətdən çıxmasına və geniş miqyaslı xaosun yaranmasına gətirib çıxara bilər, nəticədə bölgə xalqlarının əzab-əziyyəti artar və hər kəsin mənafeyi ciddi şəkildə təhlükə altına düşər.
Biz beynəlxalq aləmdə təsir gücünə malik olan bütün qurumlar və dünya dövlətlərindən, xüsusilə müsəlman ölkələrindən tələb edirik ki, bu zalım müharibəni dayandırmaq və İranın nüvə məsələsinə beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə və ədalətli həll tapmaq üçün bütün səylərini səfərbər etsinlər.
22 Zilhəccə 1446 h.q
Ayətullah Sistaninin ofisi – Nəcəf Əşrəf
4289468