“Əl-Qədir” kanalının xəbərinə görə, İƏT bu hərəkəti regional təhlükəsizlik üçün bir təhdid olaraq qiymətləndirib.
İran Atom Enerjisi Təşkilatı bazar günü verdiyi açıqlamada nüvə sənayesinin inkişafının dayandırılmayacağını vurğulayıb.
Açıqlamada bildirilir ki, Sionist rejimin hücumlarından sonra, Amerika tərəfindən İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) pozularaq hücum edilib.
Bundan əlavə, bu əməl təəssüf ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin laqeydliyi və hətta əməkdaşlığı fonunda baş verib.
Beynəlxalq ictimaiyyətdən, bu cəngəllik qanunlarına əsaslanan qanunsuzluğu qınaması və İranın qanuni hüquqlarına sahib çıxmasına dəstək verməsi gözlənilir.
Qeyd olunub ki, İƏT İran xalqının hüquqlarını müdafiə etmək üçün hüquqi tədbirlər də daxil olmaqla lazımi addımları gündəminə alıb.
İran Atom Enerjisi Təşkilatı bildirib ki, bu milli sənayenin inkişaf yolunun qarşısının alınmasına imkan verilməyəcək və onun dayandırılmayacağına təminat verilir.
Bu hadisədən sonra İranın xarici işlər naziri Seyyid Abbas İraqçi bildirib: “BMT Nizamnaməsi və qanuni müdafiə kontekstində cavab verməyə icazə verən müddəalara əsaslanaraq, İran öz suverenliyini, mənafelərini və xalqını müdafiə etmək üçün bütün seçimləri özündə saxlayır.”
4290190