IQNA

Əl-Əqsa məscidinin xətibi bəyan etdi:

Qəzza və İran müharibələri bəhanəsi ilə məhdudiyyətlərin gücləndirilməsi

12:24 - June 26, 2025
Xəbər sayı: 3498419
İQNA - Əl-Əqsa məscidinin xətibi Şeyx İkrəmə Sabri bildirib ki, sionist rejim Qəzza və İranla bağlı müharibələrin kölgəsində Əl-Əqsa məscidinə qarşı məhdudiyyətləri gücləndirib.

İQNA-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, Şeyx İkrəmə Sabri vurğulayıb ki, sionist rejim son dövrlərdə bölgədə baş verən müharibələrdən, o cümlədən Qəzzaya təcavüz və İranla qarşıdurmalardan sui-istifadə edərək sərt təhlükəsizlik tədbirləri tətbiq edib və bununla da yüz minlərlə fələstinli müsəlmanın Əl-Əqsa məscidinə daxil olmasının və dini ibadətlərini yerinə yetirməsinin qarşısını alıb.

O, bu tədbirlərin arxasında duran məqsədlərə toxunaraq bildirib: “Bu məhdudiyyətlər sionistlərin Əl-Əqsa məscidinə olan tamahı və İslam Vəqfləri İdarəsinin – bu müqəddəs məkanın yeganə rəsmi və qanuni idarəedici orqanı – səlahiyyətlərini azaltmaq üçün davamlı səyləri çərçivəsində həyata keçirilir.

Şeyx Sabri əlavə edib ki, bütün bu tədbirlər ibadət edənlərin Əl-Əqsa məscidində iştirakının qarşısını almaq məqsədi daşıyır; bu isə həm dini, həm insani, həm də beynəlxalq qanunlarla açıq-aşkar ziddiyyət təşkil edən narahatedici və qəbuledilməz bir siyasətdir.

4290782

captcha