IQNA

Yəmənlilərin Fələstinə dəstəyini davam etdirməsi vurğulandı

1:50 - July 12, 2025
Xəbər sayı: 3498509
İQNA - Səna şəhərində keçirilən milyonluq yürüşdə iştirak edən Yəmən xalqı Qəzzəyə dəstəklərini davam etdirəcəklərini bildirərək, sionist rejimə qarşı əməliyyatların artırılmasını tələb ediblər.

Yəmənlilərin Fələstinə dəstəyini davam etdirməsi vurğulandı“İQNA”-nın “əl-Məyadin” kanalına istinadən verdiyi xəbərə görə, bu milyonluq yürüşün yekun bəyanatında vurğulanıb ki, Yəmən xalqı çəkdiyi əzab və çətinliklərə baxmayaraq Qəzzəyə olan dəstəyindən geri çəkilməyəcək və bu yolda dayanmayacaq.

Yürüş iştirakçıları Fələstin müqavimətinin əməliyyatlarının artmasını alqışlayaraq bildiriblər ki, “son günlər Qəzzədə mücahidlərin həyata keçirdiyi güclü əməliyyatlar düşməni qətliamlar və ölümcül pusqularla tükəndirib.”

Onlar həmçinin Yəmən silahlı qüvvələrinin düşmənin mərkəzində həyata keçirdiyi əməliyyatların artdığına toxunaraq vurğulayıblar ki, “son zamanlarda həyata keçirilən təsirli dəniz əməliyyatları düşmənin Yəmənə tətbiq etdiyi dəniz mühasirəsini pozmaq arzularını alt-üst edib.”

Yürüşlərdə, həmçinin İsrailin bu ölkəyə qarşı son təcavüzünə Yəmən silahlı qüvvələrinin güclü, təsirli və misilsiz cavabı da təqdir edilib.

Səna şəhəri ilə yanaşı, Yəmənin müxtəlif vilayətlərində – o cümlədən Səda, Hodeyda, Həccə, İbb, Ümran, Təiz, Bəyda, Cövf, Məhvit, Zəmar və Zəlim və Ləhc vilayətlərinin bəzi bölgələrində də Qəzzəyə dəstək məqsədilə mərkəzi və məhəlli olmaqla 500-dən çox meydanda müxtəlif yürüşlər keçirilib.

4293762

Teqlər: yəmən ، fələstin ، dəstək ، yürüş
captcha