IQNA

Avstraliya və Kanada Fələstini tanıyacaq

7:08 - August 01, 2025
Xəbər sayı: 3498625
İQNA - Avstraliya və Kanada rəsmiləri sentyabr ayında Fələstin dövlətini rəsmən tanıyacaqlarını açıqlayıblar.

“İQNA”-nın “əl-Əxbariyyə”yə istinadla verdiyi xəbərə görə, Avstraliyanın Baş naziri Antoni Albanese Qəzza böhranı ilə bağlı Britaniyanın Baş naziri Kior Starmer ilə danışdığını və hökumətinin “iki dövlətli həll” planına güclü dəstəyini bir daha təkrar etdiyini bildirib.

Avstraliya Baş naziri bu barədə deyib: “Starmer bildirib ki, Britaniya Qəzzada ac qalmış uşaqların görüntülərinin ictimai qəzəbi artırmasına cavab olaraq, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanımağa hazırdır.”

Bu çərçivədə Avstraliyanın Xəzinə naziri Cim Chalmers ABC News-a verdiyi açıqlamada deyib: “Bu, Fələstin dövlətinin tanınıb-tanınmayacağı məsələsi deyil, yalnız zaman məsələsidir. Lakin mən bu proses üçün konkret vaxt demək istəmirəm.”

Digər tərəfdən, Kanadanın Baş naziri Mark Karni isə bəyan edib: “Biz qərara gəlmişik ki, gələn sentyabrda keçiriləcək BMT Baş Assambleyasının iclasında Fələstin dövlətini tanıyaq.” O əlavə edib ki, bu qərarın həyata keçməsi Fələstin Muxtariyyatının lazımi islahatlara sadiqliyindən asılı olacaq.

O bildirib: “Bu qərarın icrası, hökumətdə əsaslı islahatlar aparmaq, 2026-cı ildə ümumi seçkilər keçirmək və bu ərazini silahsızlaşdırmaq kimi xüsusi şərtlərə bağlıdır.”

Bundan öncə də Britaniya sentyabr ayında Fələstin dövlətini tanıyacağını açıqlamışdı. Lakin bu qərar İsrailin atəşkəs və digər şərtlərlə razılaşmasına bağlıdır.

Trampın Kanadanın bu addımına reaksiyası

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Kanadanın Fələstini müstəqil dövlət kimi tanımaq qərarına münasibət bildirib.

Tramp bu barədə deyib: “Kanadanın Fələstin dövlətinin yaradılmasını dəstəkləməsi Ottava ilə ticarət sazişi əldə etməyi çox çətinləşdirəcək.”

Tramp özünün “Truth Social” adlı sosial media platformasında yazıb:

“Kanada bu yaxınlarda Fələstin dövlətinin yaradılmasına dəstək verdiyini bəyan edib. Bu, bizim onlarla ticarət sazişinə nail olmağımızı çox çətinləşdirəcək.”

4297384

captcha