IQNA

Tayvanın paytaxtının ən böyük metro stansiyasında azan səslənib

11:17 - August 20, 2025
Xəbər sayı: 3498720
İQNA - Tayvanın paytaxtı Taypey şəhərinin ən böyük nəqliyyat mərkəzi olan metro stansiyasında ilk dəfə azan sədası ucaldı.

“İQNA”-nın “Muslimun Həvləl-Aləm” nəşrinə istinadla verdiyi xəbərə görə, Taypey metro stansiyasında azan ilk dəfə İndoneziyalı müsəlman Yam Zamane tərəfindən səsləndirilib. O, Taypey Cümə Məscidinin imamıdır.

Bu mədəniyyət təcrübəsi Tayvanda müxtəlif mədəniyyətlərin dözümlülük və birgəyaşayışının simvolu kimi diqqət çəkib. Bir çox sərnişin azan səsini eşidərkən dayanaraq heyrətlə qulaq asdı və İslamın gözəlliyini gözlənilməz bir məkanda müşahidə etdilər.

Bu hadisə sadəcə namaza çağırış deyildi; həm də İslam nurunun dünyanın ən gur və səs-küylü məkanlarında belə parlayaraq öz uca mesajını müxtəlif cəmiyyətlərin qəlbinə çatdırmaq gücünə malik olduğunu xatırlatdı.

Hadisə sırf dini bir ayin yox, həm də mənəvi və mədəni təcrübə, düşüncəyə dəvət idi. Azanın sədası Tayvanda müxtəlif mədəniyyətlər arasında dözümlülük və birgəyaşayışın rəmzinə çevrildi və dini plüralizmə hörmətin vacibliyini göstərdi.

Tayvanda müsəlmanlar kiçik bir azlıq təşkil edirlər, lakin dini azadlıqlardan bəhrələnir və dövlətlə yaxşı münasibətlərə malikdirlər. Təxminən 170 min müsəlman Tayvanda yaşayır, onların təqribən 60 mini Tayvan vətəndaşıdır. Tayvandakı müsəlmanların çoxunu bu adaya Çindən köçmüş Hui icması təşkil edir.

İlk müsəlmanların ehtimal ki, 17-ci əsrdə Tayvana gəldiyi bildirilir. Müsəlmanların miqrasiyası ümumilikdə dörd mərhələdə baş verib. Tayvandakı müsəlmanların əksəriyyəti 1940-cı illərin sonlarında Çindən köçən Hui icmasıdır. Bununla yanaşı, xüsusilə işçi qüvvəsi kimi, İndoneziya, Malayziya və Tailanddan da müsəlmanlar Tayvana gəliblər.

Tayvandakı müsəlmanlar dini azadlıqlara malikdirlər, dövlətlə yaxşı münasibət saxlayırlar və dini ayrı-seçkilikdən əziyyət çəkmirlər. Onlar dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilirlər. Lakin Çin mədəniyyətinin və digər dinlərin üstün mövqeyi səbəbindən İslam kimliyini qorumaq və onu gənc nəslə ötürmək məsələsi müəyyən çətinliklər yaradır.

Tayvandakı müsəlmanlar müxtəlif etnik və mədəni qruplardan olsalar da, bir-birlərinə hörmət edirlər və dini mərasimlərdə əməkdaşlıq edirlər.

Taypey Cümə Məscidi Tayvandakı ən böyük və ən qədim məscid kimi ölkədə müsəlmanların mədəni müxtəlifliyinin simvoludur.

Aşağıda Tayvan paytaxtının ən böyük metro stansiyasında ilk dəfə səslənən azanın videosunu izləyə bilərsiniz.

4300461

Teqlər: azan ، tayvan ، paytaxt ، metro
captcha