“İQNA”-nın “Anadolu”-ya istinadla verdiyi xəbərə görə, “Qəzzada soyqırım və müqəddəs torpaqlardakı müqəddəs məkanlara qarşı təhdidlər” mövzusunda beynəlxalq iclas sentyabrın 20 və 21-də (cümə axşamı və cümə günü) müxtəlif ölkələrin alimlərinin, siyasi liderlərinin və fəallarının iştirakı ilə, bir sıra islam və beynəlxalq qurumların əməkdaşlığı ilə İstanbuldа təşkil olunub.
İki gün davam edən bu iclas Çırağan Sarayında Avropa Müsəlmanları Məclisinin rəhbərinin idarəçiliyi ilə keçirilib və burada Fələstinin müqəddəs məkanlarının qorunması, işğal olunmuş torpaqlarda baş verən pozuntular və qlobal həmrəylik kimi mövzular müzakirə olunub.
Qurani-Kərim tilavəti ilə başlanan tədbirdə Türkiyə partiya liderləri və siyasi şəxsləri İsrailin hücumlarının dərhal dayandırılmasının və buna qarşı praktik addımların atılmasının zəruriliyini vurğulayıblar. Onlar Qəzzadakı hazırkı vəziyyəti açıq-aşkar soyqırım nümunəsi adlandırıblar.
Həmçinin Türkiyə parlamentinin bir üzvü Fələstin müqavimətinin legitimliyini və bu kimi tədbirlərin Türkiyədə keçirilməsinin əhəmiyyətini önə çəkib.
Proqramın ikinci hissəsi cümə günü Şanlıurfada davam etdirilib, Fələstin xalqının hüquqlarının müdafiəsinə həsr olunub və bu mövzuda çıxışlarla müşayiət olunub.
4304550