IQNA

Pakistanda ilk beynəlxalq Quran müsabiqəsinin keçirilməsi

10:54 - September 24, 2025
Xəbər sayı: 3498920
İQNA - Pakistanda İranın səfir və mədəniyyət attaşesinin bu ölkənin dini işlər naziri ilə görüşündə, iranlı hakim və qarilərin iştirakı ilə ilk beynəlxalq Quran müsabiqəsinin keçirilməsi barədə razılıq əldə olunub.

“İQNA”-nın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Pakistanın dini işlər və dinlərarası həmrəylik naziri Sərdar Məhəmməd Yusif bu görüşdə Pakistanla İran arasında mövcud dini və mədəni əlaqələrə işarə edərək, xüsusən dini turizm sahəsində qarşılıqlı əməkdaşlıqların genişləndirilməsinin vacibliyini vurğulayıb.

O, iki ölkə arasında turizm sazişinin hazırlanması da daxil olmaqla, zəruri infrastrukturun təmin edilməsini istəyib.

Sərdar Məhəmməd Yusif həmçinin İran İslam Respublikasının anti-İsrail mövqelərini yüksək qiymətləndirib və 12 günlük müharibə zamanı sionist rejimin təcavüzünə qarşı iranlıların müqavimətini təqdir edib.

Pakistanın dini işlər naziri iki ölkə arasında Qurani-Kərim sahəsində əməkdaşlıqları alqışlayaraq bildirib: “Bu il Pakistan mükafatı adı ilə ilk beynəlxalq Qurani-Kərim müsabiqəsi keçiriləcək və biz İran İslam Respublikasını bu müsabiqədə ən yüksək səviyyədə hakim və qari göndərməklə iştirak etməyə dəvət edirik.”

Bununla yanaşı, ölkəmizin səfiri Rza Əmiri-Muğəddəm Pakistanın 12 günlük müharibə zamanı İran İslam Respublikasına verdiyi dəstəyə görə təşəkkür edib və Pakistanın anti-İsrail mövqelərini İslam dünyasında misilsiz adlandırıb.

O, Pakistanda möhtəşəm Quran məclislərinin keçirildiyini xatırladaraq, bir çox İslam ölkələrində olduğu kimi beynəlxalq Qurani-Kərim müsabiqələrinin Pakistanda da təşkil olunmasını təklif edib və ölkəmizin bu müsabiqələrin keçirilməsinə kömək etməyə hazır olduğunu bildirib.

4306570

Teqlər: pakistan ، iran ، quran ، müsabiqə
captcha