IQNA

Qəzzada meyitxananın qarşısında Quran oxuyan fələstinli qız

10:06 - October 09, 2025
Xəbər sayı: 3499006
İQNA - Ərəb dilli sosial şəbəkə istifadəçiləri Qəzzanın bu çətin günlərində bir meyitxananın qarşısında Quran oxuyan fələstinli bir qızın təsirli videosunu paylaşaraq böyük rəğbət göstəriblər.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, sosial mediada yayılan təsirli videoda Deyr əl-Bəlah şəhərində yerləşən “Şühəda əl-Əqsa” xəstəxanasının meyitxanası qarşısında Quran oxuyan fələstinli bir qız təsvir olunur. Bu mənzərə, fələstinli uşaqların qarşılaşdıqları ağır şəraitdə belə, iman və müqavimət ruhunu nümayiş etdirir.

Video qısa zamanda sosial şəbəkə istifadəçiləri arasında geniş şəkildə paylaşılaraq onların heyranlıq və təriflərini qazanıb. Bəzi istifadəçilər fələstinli uşaqlar üçün dua edərək, onların salamat qalmasını və Allahın qorumasında olmalarını arzulayıblar. Onlardan biri yazıb:

“Əzizim, Allah səni qorusun, səni Öz himayəsində salamat və qalib etsin.”

Başqa bir sosial şəbəkə istifadəçisi isə belə yazıb: “Fələstinli uşaqlar Allahın sevimliləridir, dünyanın qəhrəmanları... Qoy ən Rəhimli və Mərhəmətlinin himayəsində, salamat, qalib və müvəffəq olasınız.”

Bəzi istifadəçilər isə Qurani-Kərimin tərbiyəvi və mənəvi roluna diqqət çəkiblər və qeyd ediblər ki, Quran Qəzza uşaqlarının qəlblərinə bağlılıq və möhkəmlik bəxş edib. Həmçinin Quranı əzbərləyən və qrup halında tilavət edən fələstinli uşaqların bu mənzərələri istifadəçilərin böyük təqdirinə səbəb olub. Onlar bu səhnələri Qəzzanın mühasirə və toqquşmalar içində olduğu bu günlərdə yeni nəsil fələstinlilərin iradə və səbrinin təzahürü kimi qiymətləndiriblər.

4309608

captcha