IQNA

İngiltərədə namaz qılanı təhqir edən şəxs həbs olundu

7:41 - October 27, 2025
Xəbər sayı: 3499103
İQNA - İngiltərə polisi Piterboro şəhərində bir məsciddə dəstəmaz alan namaz qılan şəxsə sözlü təhqir edən bir kişinin həbs edildiyini bildirib.

“Nuvakşot Mubaşir” xəbər agentliyinin məlumatına görə, həmin şəxs İslam dini haqqında təhqiramiz ifadələr işlədərək onu “ölüm məzhəbi” adlandırıb.

Bu hadisə müsəlmanlar arasında geniş narazılıq və qəzəbə səbəb olub və müsəlmanlara qarşı nifrət yayılması kimi qiymətləndirilir.

Vətəndaş cəmiyyəti aktivistləri və müxtəlif ictimai təşkilatlar hadisəyə görə bu şəxsin qanuni şəkildə cəzalandırılmasını və ən ağır cəzanın tətbiq edilməsini tələb ediblər. Onlar vurğulayıblar ki, bu cür addımlar cəmiyyətdə ifratçılığı təşviq edir və İngiltərədə birgəyaşayış və qarşılıqlı hörmət dəyərlərini zəiflədir.

4312975

captcha