“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, Fələstin İslam Müqavimət Hərəkatı (Həmas) ötən gecə yaydığı bəyanatda sionist işğalçı rejimin Rafah şəhərinin tunellərində mühasirədə olan döyüşçüləri izləməsi, qətlə yetirməsi və həbs etməsi addımını Qəzzadakı atəşkəs razılaşmasının açıq şəkildə pozulması hesab edib və bunu həmin razılaşmanı zəiflətmək və məhv etmək üçün davamlı səylərin bariz sübutu adlandırıb.
Bəyanatda deyilir: “Həmas hərəkatı son bir ay ərzində bu döyüşçülərin probleminin həlli və onların evlərinə qayıtması üçün müxtəlif siyasi liderlər və vasitəçilərlə geniş təmaslar qurub. Hərəkət bu məsələ ilə bağlı konkret ideya və mexanizmlər təqdim etmiş və atəşkəs razılaşmasının zəmanətçilərindən biri olan ABŞ da daxil olmaqla vasitəçilərlə tam əlaqədə olub”.
Həmas əlavə edib ki, buna baxmayaraq, sionist rejimi bütün bu səyləri pozdu və qətl, cinayət, təqib və həbslərə əl atdı. Bu addım, müxtəlif beynəlxalq tərəflərlə birlikdə bu qəhrəman döyüşçülərin əzabına son qoymaq üçün ciddi cəhdlər göstərən vasitəçilərin səylərinin uğursuzluğunu göstərir.
Həmas hərəkatı döyüşçülərin həyatına görə tam məsuliyyətin sionist rejimin üzərində olduğunu vurğulayaraq vasitəçilərdən işğalçılara təzyiq göstərmək və bu döyüşçülərin evlərinə dönməsinə imkan vermək üçün təcili şəkildə addım atmağı tələb edib.
Həmas bu döyüşçüləri fədakarlıq, qəhrəmanlıq, səbir nümunəsi və Fələstin xalqının izzəti və azadlığının rəmzi adlandırıb.
4319428