IQNA

Beynəlxalq əfv təşkilatının Qəzza ilə bağlı xəbərdarlığı

12:17 - December 07, 2025
Xəbər sayı: 3499354
İQNA - Beynəlxalq əfv təşkilatının baş katibi Qəzzadakı vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edərək vurğulayıb: "Beynəlxalq ictimaiyyət İsraili cavabdeh etmədən uzaqlaşıb və artıq Qəzza vəziyyətinə diqqət yetirmir".

“İQNA”-nın “əl-Ərabi” telekanalına istinadən verdiyi məlumata görə, Beynəlxalq əfv təşkilatının baş katibi Aqnes Kalamar bu gün, şənbə günü Qəzzadakı vəziyyətdən dərin narahatlığını bildirərək, bu bölgədə soyqırımın hələ də davam etdiyini açıqlayıb. 

O vurğulayıb ki, beynəlxalq ictimaiyyət İsraili cavabdeh etməkdən uzaqlaşıb və artıq Qəzza məsələsinə diqqət yetirmir. 

Onun sözlərinə görə, Qəzza zolağında uşaqlar arasında qidalanma çatışmazlığı hələ də yüksəkdir və humanitar vəziyyət ağır olaraq qiymətləndirilir. 

Beynəlxalq əfv təşkilatının baş katibi çıxışının davamında Beynəlxalq Cinayət Məhkəməsində sionist rejimə qarşı yeni işlərin açılmasını tələb edib ki, Qəzzada baş verən ehtimal olunan cinayətlərə görə ədalət təmin olunsun. 

Bu arada sionist rejimin Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə hücumunda 2 mülki şəxs şəhid olub. 

Bu gün səhərdən etibarən işğalçı rejimin Qəzzanın müxtəlif bölgələrinə hücumlarında ümumilikdə 5 nəfər şəhid olub. 

4321304

captcha