IQNA

Pakistanda Həzrət Fatimə Zəhra (s) mövzusunda konfrans keçirildi

11:01 - December 16, 2025
Xəbər sayı: 3499412
İQNA – Müqəddəs Həzrət Abbas (ə) Hərəminin nümayəndə heyəti Pakistan’da müxtəlif dini məzhəb və firqələrin nümayəndələrinin iştirakı ilə keçirilən, Həzrət Fatimə Zəhra (s) haqqında təşkil olunmuş konfransda iştirak edib.

“İQNA”-nın “Müqəddəs Həzrət Abbas (ə) Hərəminin rəsmi informasiya portalına istinadən verdiyi məlumata görə, bu konfrans Pakistanın Karaçi şəhərində Hüseyni əzadarlıq mərasimlərinin təşkili ilə məşğul olan Pakistan Cəmiyyəti tərəfindən “Həzrət Fatimə (s) – İslam birliyinin simvolu” mövzusu ilə keçirilib.

Bu nümayəndə heyətinin konfransda iştirakı, Həzrət Fatimə Zəhranın (s) mübarək mövludu münasibətilə təşkil olunan üçüncü illik “Həzrət Fatimə (s): Nicat yolu” festivalı çərçivəsində baş tutub.

Həzrət Abbas (ə) Hərəminin Dini İşlər Şöbəsinin rəhbəri Şeyx Salah əl-Kərbəlayi bildirib ki, bu anım mərasimində müxtəlif məzhəb və firqələrdən olan şəxsiyyətlər, xüsusilə İslam məzhəbləri və digər dinlər arasında birliyin tərəfdarları iştirak edərək Həzrət Fatimənin Zəhra (s) fəzilətlərindən bəhs ediblər.

O əlavə edib ki, bu konfransda iştirakları Pakistanın ən tanınmış xətiblərindən biri olan məşhur xətib cənab Şeyn Şahın dəvəti ilə baş tutub. Nümayəndə heyəti mərasimdə çıxış edərək Karaçi şəhərindəki bu dini cəmiyyətin dərin imanını yüksək qiymətləndirib.

Bu festivalın keçirilməsi ilə Həzrət Abbas (ə) Hərəmi Həzrət Fatimə Zəhranın (s) şəxsiyyətini ucaldmağı və Onun dəyər və prinsiplərini müsəlman cəmiyyətinin bütün təbəqələrinin qəlbinə aşılamağı hədəfləyir.

.

کنفرانس حضرت فاطمه زهرا (س) با حضور هیأتی از آستان مقدس عباسی در پاکستان برگزار شد + عکس

4323121

captcha