“İQNA”-nın “Şəhab” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bu gün, bazar ertəsi açıqlayıb ki, son 48 saatda 12 nəfər şəhid olub və 7 nəfər yaralanıb.
Məlumata əsasən, qeydə alınan şəhidlərdən 4 nəfər işğalçıların atəş və hücumları nəticəsində, 8 nəfər isə dağıntılar altından və zərər görmüş ərazilərdən çıxarılıb.
Nazirlik əlavə edib: hələ də bir sıra qurbanlar dağıntılar altında və ya keçidlərdə qalıb, lakin təhlükəli şərait və avadanlıq çatışmazlığı səbəbindən xilasedici qüvvələr indiyədək onlara çata bilməyiblər.
Qəzza Səhiyyə Nazirliyi açıqlayıb ki, 11 oktyabr 2025-ci ildə atəşkəsin elan olunmasından bəri ümumi şəhidlərin sayı 405 nəfərə, yaralıların sayı isə 1.115 nəfərə çatıb. Bu müddətdə dağıntılar altından 649 şəhidin cəsədi çıxarılıb.
Sionist rejimin Qəzzaya qarşı müharibəsi başlayandan – 7 oktyabr 2023-dən bu günə qədər şəhidlərin sayı 70 min 937 nəfərə, yaralıların sayı isə 171 min 192 nəfərə yüksəlib.
Hesabatda həmçinin təhlükəli hava şəraitinin nəticələrinə diqqət çəkilib və bildirilib ki, əvvəlki zədələr səbəbindən dağılmaq təhlükəsi olan bir binanın sonuncu yağıntı sistemi ilə daha da zədələnməsi nəticəsində 4 vətəndaş şəhid olub. Bu halları da nəzərə alaraq, bina uçqunları nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb.
4324374