IQNA

Pakistan Prezidenti Kazimeyn (ə) hərəmini ziyarət etdi

11:16 - December 23, 2025
Xəbər sayı: 3499458
İQNA – Pakistan Prezidenti Asif Əli Zərdari bazar ertəsi, nümayəndə heyəti ilə birlikdə Kazimeyndə İmam Kazim və İmam Cavadın (əleyhiməs-salam) mübarək hərəmini ziyarət edib.

“İQNA”-nın “Nun” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu ziyarətdə Kazimeyn Müqəddəs Hərəminin rəhbərliyi və İmam Kazim və İmam Cavadın (ə) xidmətçisi Heydər Əbdüləmir Mehdi bu heyəti qarşılayıb. Bu addım Kazimeyn hərəmi tərəfindən iki ölkə arasında dini və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində atılmış bir addım kimi dəyərləndirilib. 

Müqəddəs Kazimeyn hərəminin bəyanatına görə, bu görüşdə hərəmin mövqeyi və onun dini-insani rolu müzakirə olunub. Həmçinin İraq və Pakistan xalqları arasında qardaşlıq bağlarını və əlaqələri möhkəmləndirmək məqsədilə mədəni və dini sahələrdə birgə əməkdaşlığın gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. 

Digər tərəfdən, Pakistan heyəti səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Pakistan İslam Respublikasının İraqla tarixi münasibətlərindən qürur duyduğunu vurğulayıb və müqəddəs hərəmlərin sülh və birgəyaşayış dəyərlərinin möhkəmləndirilməsindəki mənəvi və mədəni rolunu yüksək qiymətləndirib. 

 
رئیس‌جمهور پاکستان در حرم امامین کاظمین(ع) + عکس
رئیس‌جمهور پاکستان در حرم امامین کاظمین(ع) + عکس
رئیس‌جمهور پاکستان در حرم امامین کاظمین(ع) + عکس
رئیس‌جمهور پاکستان در حرم امامین کاظمین(ع) + عکس

4324451

captcha