IQNA

Fələstin Ali Fətva Şurası: Məscidlərin minarələrindən yüksələn səs susmayacaq

10:45 - December 31, 2025
Xəbər sayı: 3499511
İQNA – Fələstin Ali Fətva Şurası sionistlərin işğal olunmuş Fələstin məscidlərində azanın qadağan edilməsinə dair planına cavab olaraq vurğulayıb: “Məscidlərin minarələrindən yüksələn azan səsi, işğalçı rəsmilər nə qədər cəhd, cərimə və cəza tətbiq etsələr də heç vaxt susmayacaq.

“İQNA”-nın “Cəridətül-Qüds”ə istinadla verdiyi xəbərə görə, Fələstin İslam Ali Fətva Şurası İsrail Knessetinə təqdim olunacaq layihəni sərt şəkildə pisləyib. 

Şura kəskin bəyanatında bu qanun layihəsini “irqçi, qanunlara, normalara və ilahi hökmlərə zidd” adlandırıb və əlavə edib: “İşğalçıların tədbirləri ümumilikdə məscidləri, xüsusilə Əl-Əqsa və İbrahimi məscidlərini hədəfə alır. Bu, sionist rejimin dini ibadətlərə müdaxiləsi və Fələstin torpaqlarında dini ayinlərə hücumu çərçivəsində yeni bir cinayətdir”. 

Ali Fətva Şurası bu qanun layihəsini işğalçı rəsmilər və ifratçı məskunlaşanların İslamın müqəddəs məkanlarına qarşı törətdiyi cinayətlər zəncirində yeni bir halqa kimi qiymətləndirib və “məskunlaşanların Fələstin vilayətlərinə hücumları, o cümlədən məscidlərin yandırılması və təhqir olunması”na işarə edib. 

Şura vurğulayıb: “Məscidlərin minarələrindən yüksələn azan səsi, işğalçı rəsmilər nə qədər cəhd göstərsələr, cərimə və cəza tətbiq etsələr də heç vaxt susmayacaq. 

Şura əlavə edib: “Azan iman və etiqadla bağlıdır və İslamın miras qalmış ayinlərindən biridir, işğalçıların təsvir etdiyi kimi deyil. İşğalçı rəsmilərin düşüncəsi azğın və mənasızdır, bu isə İslam tarixini silmək və bölgəyə saxta yəhudi kimliyi sırımaq üçün aqressiv bir cəhdin tərkib hissəsidir”. 

Şura həmçinin xəbərdarlıq edib ki, bu siyasətlər “bütün bölgədə dini müharibəni alovlandıra bilər.” 

Ali Fətva Şurası beynəlxalq ictimaiyyəti dərhal müdaxilə etməyə, Fələstin torpaqlarında məscidlərə hücumların dayandırılmasına və İsrail rəsmilərinin müsəlmanların ibadət və dini ayinlərinə müdaxiləsinin qarşısını almağa çağırıb. Çünki bu, Fələstin və bütün dünya müsəlmanları üçün təmin olunmuş dini haqqdır. 

Bu kontekstdə Roya News xəbər verib ki, tənqidçilər oxşar layihələrin qeyri-mütənasib şəkildə Fələstin və müsəlman icmalarını hədəfə aldığını və qaydalar adı altında ayrı-seçkilikçi praktikanın təşviqi riskini daşıdığını bildiriblər. 

Ötən il Ben-Qvir İsrail rejiminin hərbi rəsmilərinə, xüsusilə 1948-ci ildə işğal olunmuş Fələstin şəhərlərində məscidlərdə azan üçün istifadə olunan səsgücləndiricilərin toplanmasına göstəriş vermişdi. Səbəb kimi isə “namazların məskunlaşanlara narahatlıq yaratması” göstərilmişdi. 

İvrit mediasının məlumatına görə, Ben-Qvir səsgücləndiricilərin müsadirəsinin mümkün olmadığı hallarda cərimələrin tətbiqini də tələb etmişdi. 

Bu kontekstdə işğal olunmuş ərazilərdə yaşayan fələstinli vətəndaşlar Ben-Qvirin layihəsini pisləyib və azanın “səs-küy problemi” olduğu iddiasını rədd ediblər. Tənqidçilər deyiblər ki, bu qanun İsrail rejiminin fələstinlilərin dini və mədəni kimliyini silmək cəhdlərinin başqa bir nümunəsidir. 

4325735

Teqlər: fələstin ، fətva ، məscid ، minarə
captcha