IQNA

Nyu-York merindən sionist rejimə qarşı embarqo qadağasının ləğvi

11:11 - January 03, 2026
Xəbər sayı: 3499525
İQNA – Sionist rejimin “Kanal 12” televiziya kanalı xəbər verib ki, Nyu-Yorkun yeni meri Zahran Məmdani, vəzifəyə başladığı ilk icra əmri ilə, keçmiş mer Erik Adams tərəfindən verilmiş bütün icra göstərişlərini – o cümlədən “İsrail”lə bağlı olanları – ləğv edib.

“İQNA”-nın “Fələstin” İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, bu qərara 2024-cü ilin fevralında Adams tərəfindən tətbiq edilmiş sionist rejimə qarşı embarqo qadağasının ləğvi də daxildir. Həmçinin Nyu-Yorkun yeni meri “Holokost Xatirəsi üzrə Beynəlxalq Alyans”ın (IHRA) antisemitizm tərifinin icrasını dayandırıb. Bu tərif bəzi hallarda “İsrail”ə yönəlmiş tənqidləri antisemitizm çərçivəsinə salırdı. 

Məmdani bildirib ki, bu addım şəhər idarəçiliyində yeni bir mərhələnin başlanması məqsədi daşıyır və vurğulayıb ki, onun hökuməti bütün Nyu-York sakinlərinə ayrı-seçkilik olmadan xidmət etməlidir. 

O əlavə edib ki, ləğv edilən göstərişlər elə bir dövrdə verilmişdi ki, ictimai etimad əvvəlki idarəçiliyə, xüsusilə də 2024-cü ilin sentyabrında keçmiş merə qarşı irəli sürülən federal korrupsiya ittihamlarından sonra, ciddi şəkildə azalmışdı. 

Məmdaninin sözlərinə görə, həmin dövr bir çox vətəndaşın siyasətin artıq onları təmsil etmədiyini hiss etməsinə səbəb oldu və bu göstərişlərin ləğvi idarəçiliyin yolunu islah etmək, onu şəffaflıq, ədalət və azadlıq prinsipləri ilə uyğunlaşdırmaq cəhdinin bir hissəsidir. 

4326603

captcha