“İQNA”-nın “əl-Məsirə”yə istinadən verdiyi məlumata görə, Ənsarullah lideri Seyyid Əbdülməlik əl-Husi cümə axşamı gecəsi yaydığı bəyanatda bildirib ki, Amerika və sionistlərin istibdadı və təkəbbürü bütün regionu hədəfə alıb və müsəlman ümmətini əsarət altına almağa çalışır.
O əlavə edib ki, düşmənin hər saat pozduğu razılaşmalara baxmayaraq, məzlum Fələstin xalqı hər gün sionist rejimin davamlı təcavüzlərindən əziyyət çəkir.
Əl-Husi həmçinin ABŞ prezidentinin Ceffri Epsteyn işi ilə bağlı rüsvayçılığına toxunaraq deyib ki, sionist-yəhudi Epsteynin şəbəkəsinə dair sənədlərin yayımlanması ilə Amerika–sionist rüsvayçılığı bütün dünyada ifşa olunub.
Ənsarullah lideri bildirib: “Artıq aydın olub ki, cinayətkar və kafir Tramp, eləcə də ABŞ, Britaniya rəhbərləri və sionist yəhudilər ən dəhşətli və alçaq cinayətlərə imza atırlar.”
O vurğulayıb ki, təhlükə laqeydlikdə, fəaliyyətsizlikdə və biganəlikdədir, çünki düşmənlər “Böyük İsrail” layihəsi və Yaxın Şərqin dəyişdirilməsi planı çərçivəsində daim təcavüzkar planlar əsasında hərəkət edirlər.
Əl-Husi qeyd edib ki, düşmənin müqəddəs məkanlara hücumları iki milyard müsəlmanın gözündə və qulağında adi hala çevrilməməlidir; əks halda bu, digər xalqlar üçün də eyni şəkildə təkrarlanacaq.
Seyid Əbdülməlik əl-Husi Fələstin müqavimət döyüşçülərinin çağırışına cavab olaraq və Qəzza xalqına dəstək məqsədilə sabah – cümə günü – iki milyon nəfərlik nəhəng bir nümayişin keçirilməsini tələb edib.
Son iki il ərzində Yəmən xalqı Fələstinin məzlum xalqına dəstəkdə dünyanın ən möhkəm və ardıcıl xalqlarından biri olub.
Ənsarullahın işğal olunmuş əraziləri hədəfə alan əməliyyatları sionist rejimin mövqelərini geri çəkməsi və Fələstin xalqına qarşı təcavüzünü azaltması üçün ciddi təzyiq yaradıb.
4332566