IQNA

İslamabadda şiə məscidinə hücum edən İŞİD üzvlərinin taleyi

7:16 - February 09, 2026
Xəbər sayı: 3499711
İQNA – Pakistanın kəşfiyyat xidməti İslamabadda şiə məscidinə edilən intihar hücumunun əsas təşkilatçılarından birinin öldürüldüyünü və bu terror aktını asanlaşdıran daha 4 İŞİD üzvünün həbs edildiyini açıqlayıb.

“İQNA”-nın məlumatına görə, Pakistan mediası kəşfiyyat mənbələrinə istinadən bildirib ki, ölkənin təhlükəsizlik və kəşfiyyat qurumları cümə günü İslamabadda baş verən terror hücumuna cavab olaraq Pakistanın müxtəlif bölgələrində genişmiqyaslı əməliyyatlara başlayıblar.

Bu əməliyyatlardan birində Xayber-Paxtunxva əyalətinin Noşehra bölgəsində Həzrət Xədicə Kübra (s) məscidinə və hüseyniyyəsinə edilən terror hücumunun əsas planlaşdırıcısı öldürülüb. Əməliyyat zamanı Pakistan kəşfiyyatının bir əməkdaşı həlak olub, dörd polis əməkdaşı isə yaralanıb.

Pakistan kəşfiyyatı həmçinin intihar hücumuna yardım etməkdə ittiham olunan dörd nəfəri – o cümlədən Əfqanıstan vətəndaşı olan bir İŞİD üzvünü və intiharçı hücumçunun bir neçə ailə üzvünü – həbs edib.

Terror təşkilatı İŞİD İslamabad şəhərindəki şiə məscidində dünən baş verən intihar partlayışının məsuliyyətini öz üzərinə götürüb.

Bu terror hücumunda 31 nəfər namaz qılan şəhid olub, ən azı 160 nəfər isə yaralanıb.

4332901

Teqlər: pakistan ، islamabad ، məscid ، şiə ، hücum
captcha