IQNA

Liviya müftisinin İranı yenidən dəstəkləməsi

11:24 - March 28, 2026
Xəbər sayı: 3500017
İQNA – Liviya müftisi bir bəyanat yayaraq sionist rejimin və ABŞ-ın İran İslam Respublikasına qarşı təcavüzü barədə bildirib ki, müsəlmanlarla kafirlər arasında müharibə olduğu müddətdə müsəlmanlara dəstək vermək vacibdir.

“İQNA”-nın “əl-Məyadin”ə istinadən verdiyi xəbərə görə, Liviya müftisi Şeyx Sadiq əl-Ğiryani mediada və sosial şəbəkələrdə geniş yayılan bəyanatında izah edib ki, Quranda “neytrallıq” adlı bir anlayış yoxdur. Müsəlmanla kafir arasında müharibə olduğu müddətdə müsəlmana dəstək vermək vacibdir.

O əlavə edib: “Kim müsəlmanla kafir arasındakı müharibədə öz mövqeyini “neytral” adlandırırsa, Quranda haqqında “onlar nə bunlardandır, nə də o birilərindən” deyilənlərdəndir”.

Şeyx əl-Ğiryani bildirib: “Hazırkı müharibədən gördüyümüz dərslərdən biri də budur ki, zalımlar nə qədər güclü olsalar da, bunun əvəzini ödəməlidirlər. Bu gün ABŞ prezidenti dünyanın bütün ölkələrindən Hörmüz boğazını açmağı tələb edir və aciz qalıb”.

O, müsəlmanlara müraciətlə deyib: “Qoy onlar Fars körfəzindəki Amerika bazalarında baş verənlərdən ibrət alsınlar. Çünki onların mövcudluğu, onlardan dəstək gözləyən ölkələri hədəfə çevirdi. Kim izzət istəyirsə, bilsin ki, izzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”.

Sadiq əl-Ğiryani bundan əvvəl də vurğulamışdı ki, İrana qarşı aparılan hazırkı müharibə əsasən bölgədə küfr və ateizmi genişləndirmək məqsədi daşıyır.

O həmçinin bildirib: “Tehranın hərbi əməliyyatları İran İslam Respublikasının sionist təcavüzünə qarşı özünü müdafiə etmək üçün qanuni haqqı çərçivəsindədir”.

Əl-Ğiryani qeyd edib ki, İran bu gün təhlükəli bir sionist planına qarşı mübarizənin ön cəbhəsində dayanır və bu planın məqsədi sionist nüfuzunu genişləndirmək və İslamla müsəlmanlara qarşı düşmən proqramlar tətbiq etməkdir.

4342438  

Teqlər: liviya ، müfti ، iran ، dəstək ، müharibə
captcha