“İQNA”, “əl-Təvasul”ə istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatı bəyanatında deyib: “Elektrik stansiyaları kimi mülki infrastrukturun hədəf alınması, milyonlarla insanın təməl ehtiyaclarını təmin etmək üçün həyati əhəmiyyət kəsb etdiyi üçün fəlakətli nəticələrə, o cümlədən su, sağlamlıq xidmətləri və ərzaq kəsilməsinə səbəb ola bilər”.
Beynəlxalq Amnistiya Təşkilatının Tədqiqat və Siyasət üzrə baş direktor müavini Erika Qvarra-Rosa bildirib: “Tramp öz qeyri-məsuliyyətli təhdidlərindən geri çəkilməli və milyonlarla mülki insana fəlakətli ziyan vuracaq hərəkətlərdən imtina etməlidir”.
O, əlavə edib: “Mülki infrastrukturun, xüsusilə də elektrik stansiyalarının hədəf alınması beynəlxalq hüquqla qadağandır. Elektrik stansiyaları milyonlarla mülki insanın həyati ehtiyaclarını təmin edir, ona görə də bu cür hücumlar qeyri-mütənasibdir və beynəlxalq humanitar hüquq baxımından qeyri-qanuni və müharibə cinayətidir”.
Beynəlxalq Amnistiya rəsmisi vurğulayıb: “ABŞ, belə hücumlar təhdid edərək, əslində İranı tamamilə qaranlığa bürüyüb, xalqını həyat, su, ərzaq, sağlamlıq xidmətləri və müvafiq yaşam standartlarından məhrum etmək və onlara ağır əzab və əziyyətlər yaşatmaq istəyini nümayiş etdirir”.
Bununla yanaşı, İslam Respublikasının ABŞ-ın İranın enerji infrastrukturuna hər hansı bir hücum etməsi halında, bütün regionun enerji infrastrukturunu hədəf alacağına dair təhdidindən sonra, Tramp geri çəkilərək hücumun təxirə salınması ilə bağlı göstəriş verdiyini açıqlayıb.
4342672