IQNA

Ənsarullah lideri:

İranın və müqavimət cəbhəsinin möhkəmliyi və gücü İslam ümmətinin iftixarıdır

2:08 - April 06, 2026
Xəbər sayı: 3500085
İQNA - Seyid Əbdülməlik Bədrəddin əl-Husi İranın möhkəmliyinin əhəmiyyətini vurğulayaraq bildirib ki, İranın və müqavimət cəbhəsinin gücü bütün İslam ümməti üçün qürur mənbəyidir. Onun sözlərinə görə, İranın yüksək güc və imkanlarının nəticələrindən biri, “təslimiyyət və hegemonluq” düsturunun çöküşü və “qoruyucu çəkindirmə” düsturunun yenidən qurulmasıdır.

“İQNA”-nın “əl-Məsirə” xəbər saytına istinadən verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin əl-Husi çıxışında İranla bağlı son hərbi və siyasi hadisələrə və Yəmənin mövqeyinə toxunub.

O, İranın düşmənlərə qarşı möhkəm dayanmasına işarə edərək deyib:  “İran bütün gücü və möhkəmliyi ilə Amerika və İsrailin azğınlığı və təcavüzü qarşısında dayanır. İranın böyük imkanları geniş və davamlı əməliyyatlarda, raket və pilotsuz uçuş aparatlarının dalğalarında özünü göstərir.”

Əl-Husi əlavə edib: “Bu böyük hücum dalğalarında bölgədəki ABŞ hərbi bazaları məhv edilib, İsrail düşməni cəzalandırılıb və onun hərbi-sənaye imkanları dağıdılıb.”

Ənsarullah lideri vurğulayıb ki, İran İslam Respublikasında xalqın rəhbərliyə, Sepah-a və orduya geniş dəstəyi tam şəkildə görünür. Onun sözlərinə görə, İslam sisteminə və rəsmi qurumlara olan bu güclü və davamlı dəstək düşmənlərin qarşısında möhkəm sipərdir; çünki düşmənlər sionist planlarının təhlükəli mərhələsini həyata keçirməyə çalışırlar.

Əl-Husi bildirib: “İslam ümməti yaxşı bilir ki, sionist layihə onların hamısını hədəf alır. Bu plan əvvəldən açıq və aydın olub və keçmişdəki bütün düşmənçilik addımları sionist planı ilə bağlı idi.”

O, İranın və müqavimət cəbhəsinin qələbəsini sionist planının uğursuzluğa düçar olması kimi qiymətləndirərək deyib: 

“Bu qarşıdurma mərhələsi son dərəcə mühümdür və onun motivləri aydındır. Bu mərhələ bütün ümməti hədəf alır.”

Yəmən inqilabının lideri İranın və müqavimət cəbhəsinin gücünün əhəmiyyətini vurğulayaraq deyib: 

“İranın və müqavimət cəbhəsinin gücü və mövqeyi bütün İslam ümmətinin iftixarıdır. İranın yüksək güc və mövqeyinin nəticələrindən biri çəkindirmə düsturunun yenidən qurulması və təslimiyyət–hegemonluq düsturunun süqutudur.”

Əl-Husi əlavə edib ki, İranın və müqavimət cəbhəsinin mövqeyini gözdən salmağa çalışanlar əvvəllər də Qəzzə mücahidlərini gözdən salmağa çalışır, onların məqsədsiz döyüşdüyünü və guya yalnız İranın xeyrinə hərəkət etdiklərini iddia edirdilər.

O xatırladıb: “Böyük İsrail layihəsinin bütün mərhələləri ərəb torpaqlarının işğalına əsaslanır. Orta Şərqin dəyişdirilməsi layihəsi bütün ərəbləri hədəf alır. Belə olan halda ərəblərin bu düşmənlə mübarizədən kənar göstərilməsi necə mümkün ola bilər?”

Sonda Ənsarullah lideri bildirib: “Xalqımız bilməlidir ki, təbliğat müharibəsi ümmətin məsələlərinə, xüsusilə Fələstin məsələsinə sadiq olan hər bir hərəkatı hədəf alan geniş hücumun bir hissəsidir.”

4344040

captcha