“İQNA”, “Əl-Məyadin””ə istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim yayımladığı mesajda İranın Livana verdiyi dəstəyə görə təşəkkür edib və bildirib: “Meydan sübut etdi ki, son söz məhz meydanındır və uğurlu siyasət öz gücünü məhz meydanın nəticələrindən almalıdır.”
O vurğulayıb ki, atəşkəs, müqavimət döyüşçülərinin əfsanəvi mübarizəsi olmadan mümkün olmazdı.
Şeyx Nəim Qasim deyib:
- Uğurlu siyasət odur ki, meydandan güc alıb düşməni Livanın haqqını verməyə məcbur etsin.
- Livan Xarici İşlər Nazirliyinin İsraillə danışıqlara dair bəyanatı mənasız və Livana qarşı hörmətsizlik idi.
- Atəşkəs o deməkdir ki, düşmənin bütün düşmənçilik addımları tamamilə dayandırılmalıdır və biz düşmənə etibar etmədiyimiz üçün döyüşçülərimizin barmağı hələ də tətikdədir.
- Biz birtərəfli atəşkəsi qəbul etmirik; atəşkəs hər iki tərəf tərəfindən olmalıdır.
- İsrail rejiminin 15 aylıq təcavüzü qarşısında diplomatiyanın nəticə vermədiyi dövrü təkrar qəbul etməyəcəyik.
- Livana qarşı təhqir — sionist rejimlə birbaşa danışıqların məcbur edilməsi və düşmənin diktələrini qəbul etdirmək cəhdidir.
O əlavə edib ki, Hizbullah Livanın müstəqilliyi və suverenliyinin təmin olunması üçün hökumətlə maksimum əməkdaşlığa hazırdır.
Şeyx Nəim Qasim həmçinin bildirib: “İsrail yüz min əsgəri sərhəddə toplasa da, müqavimətin qəhrəmanları düşmənin irəliləyişini darmadağın etdilər. Biz onlara minnətdarıq.”
O əlavə edib: “İrana da təşəkkür edirik. Çünki İran atəşkəsi Livanda müharibənin tam dayanması şərti ilə qəbul etdi və Hörmüz boğazını bağladı.”
Şeyx Nəim Qasim deyib ki, Livan hökuməti heç bir iclas keçirməyib və ABŞ Dövlət Departamentinin atəşkəs bəyanatını təsdiqləməyib.
Sonda o vurğulayıb: “Livan ordusu, xalqı və müqaviməti, həmçinin ölkənin müstəqilliyini və azadlığını istəyən hökumətin birliyi ilə başıuca olacaq.”
4347207