IQNA

“Canfəda” kampaniyası xaricdə yaşayan iranlılara da çatdı

20:12 - April 21, 2026
Xəbər sayı: 3500198
İQNA – İslam Mədəniyyəti və Əlaqələri Təşkilatı xaricdə yaşayan iranlıların “Canfəda İran üçün” kampaniyasına qeydiyyatı üçün janfada.net sisteminin istifadəyə verildiyini elan edib və bildirib ki, istəyənlər müxtəlif ölkələrdəki İran mədəniyyət nümayəndəliklərinə şəxsən müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.

“İQNA”-nın məlumatına görə, təşkilat yaydığı bildirişdə qeyd edib ki, xaricdə yaşayan iranlıların “Canfəda İran üçün” kampaniyasında iştirakla bağlı təkrar-təkrar müraciətlərindən sonra, kampaniyanın mərkəzi katibliyi ilə əməkdaşlıq çərçivəsində janfada.net sistemi istifadəyə verilib ki, bu da onlayn qeydiyyatı və müraciət prosesini asanlaşdırır.

Bildirişə əsasən, kampaniyada qeydiyyat 12 yaşdan yuxarı şəxslər üçün mümkündür və xaricdə yaşayan iranlılar dünyanın istənilən nöqtəsindən bu sistemə daxil olaraq qeydiyyat və həmrəylik bəyanı mərhələlərini onlayn şəkildə yerinə yetirə bilərlər.

Eyni zamanda bildirilib ki, istəyənlər qeydiyyatı şəxsən aparmaq və lazımi məsləhətləri almaq üçün müxtəlif ölkələrdəki İran İslam Respublikasının mədəniyyət nümayəndəliklərinə müraciət edə bilərlər.

“Canfəda İran üçün” kampaniyası xalq təşəbbüsü olaraq, İran xalqının Amerika‑sionist düşməninə qarşı mübarizədə və İran İslamının müdafiəsində təsirli rol oynamağa hazır olduğunu bəyan etmək məqsədilə başladılmışdı.

İran İslam Respublikasının Ali Lideri, Ayətullahül-uzma Seyid Müctəba Xameneinin bu xalq təşəbbüsünə son bəyanatında təşəkkür etməsindən sonra kampaniya əvvəlki günlərlə müqayisədə daha geniş qarşılanıb. Nəşr olunan məlumatlara görə, kampaniyada qeydiyyatdan keçənlərin sayı indiyədək 28 milyon nəfəri keçib və artmaqda davam edir.

Ali Lider son bəyanatının bir hissəsində İran xalqına müraciətlə belə demişdi: “Şübhəsiz ki, meydanlarda ucaltdığınız səslər danışıqların nəticəsinə təsir edir. Eləcə də “Canfəda İran üçün” kampaniyasının heyrətamiz və artmaqda olan milyonlarla sayı bu sahədə təsirli amillərdəndir”.

Xəbərdə qeyd olunur ki, internet məhdudiyyətləri səbəbindən xaricdə yaşayan iranlıların bu sistemə daxil olması və qeydiyyatdan keçməsi üçün əvvəlcədən əlçatan infrastruktur mövcud deyildi. Buna görə də İslam Mədəniyyəti və Əlaqələri Təşkilatı kampaniyanın mərkəzi katibliyi ilə əməkdaşlıq edərək janfada.net sistemini yaradıb və onların əlçatanlığını təmin edib.

 

پویش «جانفدا» به ایرانیان خارج از کشور رسید

4347575

Teqlər: iran ، kampaniya ، qeydiyyat ، həmrəylik
captcha