“İQNA”-nın Müqəddəs İmam Əli (ə) Hərəminin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hərəmin sədri Seyyid İsa əl-Xərxəsan bu humanitar kampaniyanın həyata keçirilməsi üçün rəsmi heyətə rəhbərlik edir. Kampaniya İranın bir sıra şəhər və vilayətlərində müxtəlif proqram və fəaliyyətləri əhatə edir.
Heyətin üzvü və yardım komitəsinin məsulu Heydər əl-İsavi bildirib:
Həzrət Əli (ə) hərəminin rəhbərinin başçılığı və bir qrup xidmətçinin iştirakı ilə heyət İran İslam Respublikasına daxil olub və həmrəylik və yardım kampaniyasının icrasına başlayıb. Bu kampaniya hazırkı şəraitdə İran xalqına dəstək və yardım məqsədi daşıyır.

O əlavə edib ki, Müqəddəs Əli (ə) Hərəmi heyəti sərhəd şəhərlərinin əhalisi, dini simalar və rəsmi şəxslər tərəfindən geniş şəkildə qarşılanıb. Heyət kampaniya çərçivəsində nəzərdə tutulmuş xidmətləri təqdim etmək üçün İranın bir sıra şəhər və vilayətlərində sıx proqram həyata keçirəcək.

Əl-İsavi qeyd edib ki, müxtəlif mərkəz və qurumlarla rəsmi görüşlər də keçiriləcək və bu görüşlər kampaniyanın daha yaxşı icrası üçün koordinasiyanın təmin edilməsinə xidmət edəcək.
Bu təşəbbüs Müqəddəs Əli (ə) Hərəminin davamlı və humanitar fəaliyyətlərinin bir hissəsidir; fəaliyyətlər ki, bu müqəddəs məkanın dini və əxlaqi məsuliyyətindən qaynaqlanır və ali dini mərcəliyin tövsiyələri əsasında sosial həmrəyliyi gücləndirmək və xalqlara çətinlik və böhran anlarında yardım göstərmək məqsədi daşıyır.

4351560