
“İQNA”-nın “Əl-Kövsər” beynəlxalq kanalının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumatına görə, "İnnə lil müttəqinə məfazə" beynəlxalq Quran müsabiqəsinin XIX dövrünün final mərhələsi gözlənilməz fasilədən sonra Qədir-Xum bayramı gecəsində canlı yayımlanacaq.
Ötən ilin Ramazan ayında yayımlanan bu müsabiqə, Amerika və sionist rejimin İran İslam Respublikasına qarşı vəhşi təcavüzü və bunun yaratdığı xüsusi şərait səbəbindən dayandırılmışdı. Həmin dövrdə İslam düşmənləri beynəlxalq norma və qaydaları açıq şəkildə pozaraq, mülki əraziləri, o cümlədən İran İslam Respublikasının Səs və Görüntü Yayımı Təşkilatının bəzi binalarını hədəfə almışdılar və bu da həmin Quran proqramının yayımının dayandırılmasına səbəb olmuşdu.
Əl-Kövsər kanalı bu dövrün izləyicilərinin və iştirakçılarının əməkdaşlığına görə təşəkkür edərək, bütün Quran həvəskarlarından, xüsusilə müsabiqənin final mərhələsinə vəsiqə qazanmış şəxslərdən bu fasiləyə görə üzrxahlıq edir və ümidvar olduğunu bildirir ki, Uca Allaha sığınaraq, İslam ümməti İslam düşmənləri üzərində qəti qələbənin və İslam ölkələrinin tam azadlığının şahidi olacaq.
Təşkilatçıların açıqlamasına əsasən, mübarək Ramazan ayının ilk 10 gecəsində iştirakçıların nəticələri dəyərləndirilərək, 5 fərqli ölkədən ən yüksək bal toplamış 5 qari final mərhələsində iştirak etmək üçün seçilmişdir. Bu qarilər canlı televiziya yarışmasında "Həqiqətən, müttəqilər üçün nicat vardır" müsabiqəsinin XIX dövrünün ən yaxşı adını qazanmaq üçün Quran tilavət edib yarışacaqlar.
Bu müsabiqənin final mərhələsi Çərşənbə günü, 3 iyun Qədir-Xum bayramı gecəsinə təsadüf edən gündə saat 20:30-dan 22:30-dək (İran vaxtı ilə) Əl-Kövsər kanalından canlı yayımlanacaq.
“İnnə lil müttəqinə məfazə” müsabiqəsi ötən illər ərzində İslam dünyasının ən mühüm media Quran proqramlarından biri kimi müxtəlif ölkələrdən seçilmiş Quran istedadlarını tanıtmaq üçün zəmin yaratmış və həmişə ilahi kəlam həvəskarları tərəfindən geniş qarşılanmışdır.
Bu müsabiqənin prodüseri Seyid Nemətullah İsmaili, aparıcısı isə Yusif Təbriziyandır və Əl-Kövsər beynəlxalq kanalının Məarif qrupunda yayımlanır.
4355381