IQNA

Amerikalı kardinal İslam dinini tərifləyərək İŞİD-i məhkum etdi

23:53 - September 14, 2014
Xəbər sayı: 1450029
Beynəlxalq qrup: Amerikanın katolik kardinalı Amerikanın müsəlman rəhbərləri ilə həmfikirlilik nümayiş etdirərək İslam dininin ali təlim və maarifini təriflədi və İŞİD terrorist qruplaşmasını kəskin şəkildə məhkum etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "on islam" xəbər saytına istinadən verdiyi xəbərə görə Mak Kerik – Amerika katoliklərinin tanınmış və nüfuzlu kardinalı, Amerika müsəlmanlarının ümumi şurasında iştirak edərək bu ölkənin alim və müsəlmanlarının arasında öz söhbətinə müsəlmanlar kimi "Allahın adı ilə" başlayaraq dedi: "Məsihi dininin ictimai təlimləri İnsani dəyərlərə söykənir, necə ki, siz müsəlmanlar Qudan öyrənirsiniz və həzrət Məhəmməd (s) insanlara öyrətmişdir".



Mak Kerik – Amerika katoliklərinin tanınmış və nüfuzlu kardinalı, vurğuladı:



"Biz inanırıq ki, İslam dini insanlara kömək edən dindir. İnsanları öldürməyə əmr edən din deyil...



İslam ictimaiyyəti həmişə bu mühüm məsələni özündə göstərmişdir...



İnsanları qətliam etmək, intihari bombaçılıq, günahsız insanları məhv etmək doğru iş deyildir və İslam təlimlərinin ziddinədir...



Həqiqət budur ki, özünü İslam dövləti adlandıran bu terrorist qruplaşmanın (İŞİD) vəhşicəsinə törətdiyi cinayətləri müsəlmanların əleyhinədir və çox az bir miqdarda da məsihi qurbanların payına düşür...



Mən buradaym, deyim ki, biz məsihilər həmişə sizin yanınızda, yəni öz müsəlman bacı və qardaşlarımızın müdafiəsində dayanmışıq".  



Mak Kerik – Amerika katoliklərinin tanınmış və nüfuzlu kardinalıdır ki, 2001-ci ildən 2006-cı ilədək Vaşinqtonun baş rahibi olmuşdur.

Teqlər: kardinal ، İŞİd ، amerika ، İslam
captcha