IQNA

Həccdən öyrənilməsi lazım olan dərslər

6:09 - September 17, 2014
Xəbər sayı: 1450858
Dini Elmi Hövzələr qrupu: Ayətullah-Üzma Safi Gülpayiqani "Həcc" mərasimi barədə qələm aldığı yaddaştlarından birində qeyd edir: "Həcc" İslam dinin ibadət saydığı və əhmiyyət verdiyi sütünlardan biridir, bu böyük vacibi əməldə çoxlu fayda, xeyir və mənfəətlər, hər iki dünyanın səadət və xöşbəxtliyi vardır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah-Üzma Safi Gülpayiqani "Həcc" mərasimi barədə yazdığı yaddaştlarda bu müqəddəs dini ayinin keçirilməsinin fayda və fəlsəfəsi və həmçinin bu ayindən alınan dərslər və ibrətlər barədə danışmışdır ki, bu yazını sizə təqdim edirik.



"Həcc" İslam dinin ibadət saydığı və əhmiyyət verdiyi sütünlardan biridir, bu böyük vacibi əməldə çoxlu fayda, xeyir və mənfəətlər, hər iki dünyanın səadət və xöşbəxtliyi vardır.



Həccin insanlara əqidənin güclənməsində, nəfsin və ruhun saflaşdırılmasında, fərdi və ictimai əxlaqın gücləndirilməsində, müsəlmanlar arasında vəhdətin yaradılmasında və s... təsirləri vardır ki, bunlardan qısa şəkildə aşağıdakılara işarə etmək olar:



1).  Ehram bağlamaq



Ehram bağlamaq və hacca məxsus olan bu libası geyinmək bir çox şeyləri özünə haram etmək, bir çox ləzzətləri tərk etmək deməkdir. Bu, səbr məşqi, pəhriz və nəfsin istəkləri qarşısında müqavimət və nəfsi istəklərlə  mübarizə hissi və adətini insanda əmələ gətirir.



Ehram libası geyən hacılar özlərinə tam şəkildə nəzarət edirlər ki, bağladıqları əhd və peymanı pozmasınlar və ehram geyindikdə verdikləri söz və vədləri pozmasınlar. Allaha ibadət, söz və əhdə vəfa, dini vəzifəllərə əməl hissi, elm və mərifətlərinin müxtəlif olmasına baxmayaraq, onlarda tamamilə zahir olur və aşkar görsənir.



2). Ehram libası geyinmək



Bildiyiniz kimi İslam dinində insanlar libas seçimində azaddırlar, onlar öz meyl və zöqlərinə uyğun geyinib-keçinə bilərlər. Əlbəttə burada istisnalar da var: şöhrət libası, kişilərin qadınlara məxsus geyimlərədən istifadəsi və ya bunun əksi, kişilərin xalis ipəkdən tikilən paltarları geyinməsi və başqa hallar.



Hacc mərsimində isə insanlar hamısı bir şəkild geyinir, bu da zahiri və ötəri imtiyazlar və formal üstünlükləri aradan qaldırır.



Geyim insanlar arasında özünü başqalarından fərqləndirmə rolunu da  bəzən oynayır. Rəng, parça  və bahalı geyimlər bəzilərini əşraflılıq etmək  və dəbdəbəli tərzdə başqlarından seçilmək vasitəsinə çevrilir. Belə ki, bəzən onları geydikləri paltarları ilə tanıyırlar.



Hacda isə bütün bu libasları əynindən şıxarmalı və hamının geydiyi sadə dəsmal və parçalarla özünü örtməlidir.



Hacı miqatda bütün qiymətli paltarları, moda və zövqü ilə tikdirdiyi geyimləri kənara qoyur. O, bütün bəzək və dəbdəbələrdən çıxır. Vahid formada, hamının geydiyi sadə geyimdə, hətta dərzinin də əli dəymədiyi parçalarla düyməsi, yaxası və ətəyi belə olmayan geyimdə insanların arasına çıxır. Fitəyə oxşayan panbıq parçanı belinə bağlayır, başqa bir dəstmalı çiyninə atır və İslam dinin tövsiyə etdiyi musavat və bərabərlik xətti ilə addımlayır. Artiq nə varlı var, nə kasıb, nə alim var , nə nadan, nə ağa var, nə nökər, nə də hər hansı bir millət və milli geyim.



1448228  

captcha