IQNA

Qədir-Xum bayramı tədbirləri;

İmam Əli (ə) hərəmi iki milyon zairi qarşılayacaq / İran 30 min gül-çiçək dəstəsi tədqim etdi

23:59 - October 11, 2014
Xəbər sayı: 1459262
Beynəlxalq qrup: İmam Əlinin (ə) müqəddəs ziyarətgahının məsulları bu il Qədir-Xum bayramında dünyanın müxtəlif yerlərindən iki milyon Vilayət və İmamət aşıqi olan ziyarətçini qəbul etməyə hazırlaşır. Həmçinin bu böyük bayram ərəfəsində İmam Əlinin (ə) müqəddəs hərəmi İran İslam Respublikasından göndərilmiş gül-çiçəklə bəzədiləcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın “biladnyuz” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Əli Xızır Həci – İmam Əli (ə) ziyarətgahının idarə şurasının üzvü, dedi: “İmam Əlinin (ə) müqəddəs ziyarətgahının bölmələrinin, şöbələrinin və hərəmin nəzdində fəaliyyət göstərən hər bir idarənin məsulları bu il Qədir-Xum bayramında dünyanın müxtəlif yerlərindən iki milyon Vilayət və İmamət aşıqi olan ziyarətçini qəbul etməyə hazırdır. Hal-hazırda idarə heyəti ziyarətçilər üçün Qədir-Xum bayramı ilə əlaqədar proqramlar hazırlamaqla məşğuldurlar”.



Nəcəf-Əşrəf şəhərinin polis idarəsinin ümumi əlaqələr şöbəsinin müdiri Miqdad Əl-Musəvinin açıqlamasına görə ziyarətçilərin təhlükəsizliyinin təmin olunması üçün xüsusi tədbirlər görülmüşdür. Onun dediyinə görə bu il bayramda 2 milyon ziyarətçinin iştirak edəcəyi gözlənilir.



İmam Əlinin (ə) hərəminin xidmət işləri idarəsinin məsulu Üsamə Bəğdadi müqəddəs ziyarətgahın İrandan göndərilmiş və mütəlif növlərdən olan 30 min dəstə gül-çiçəklə bəzədiləcəyini demişdir. Bu güllər arasında “gülayul”, “roz”, “lalə”, “Məhəmməd gülü”, “kamilya” və s… gül növləri mövcuddur.

Teqlər: qədir ، xum ، nəcəf ، imam ، əli
captcha