İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın “biladnyuz” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Əli Xızır Həci – İmam Əli (ə) ziyarətgahının idarə şurasının üzvü, dedi: “İmam Əlinin (ə) müqəddəs ziyarətgahının bölmələrinin, şöbələrinin və hərəmin nəzdində fəaliyyət göstərən hər bir idarənin məsulları bu il Qədir-Xum bayramında dünyanın müxtəlif yerlərindən iki milyon Vilayət və İmamət aşıqi olan ziyarətçini qəbul etməyə hazırdır. Hal-hazırda idarə heyəti ziyarətçilər üçün Qədir-Xum bayramı ilə əlaqədar proqramlar hazırlamaqla məşğuldurlar”.
Nəcəf-Əşrəf şəhərinin polis idarəsinin ümumi əlaqələr şöbəsinin müdiri Miqdad Əl-Musəvinin açıqlamasına görə ziyarətçilərin təhlükəsizliyinin təmin olunması üçün xüsusi tədbirlər görülmüşdür. Onun dediyinə görə bu il bayramda 2 milyon ziyarətçinin iştirak edəcəyi gözlənilir.