IQNA

Quran tərcüməçilərinə ehtiyacımız var. Universitetdə Quranın tərcümə ixtisaslarına zərurət var

21:41 - June 24, 2011
Xəbər sayı: 2143454
Ədəbiyyat şöbəsi: Əl-Mehdi (əc) Quran tədqiqat mərkəzinin rəhbəri Qurani-Kərim tərcüməçilərinin tərcümədə çatışmazlıqlarını aradan qaldırmaq üçün xüsusi ixtisasın yaradılmasına zərurətin olduğunu qeyd etdi. Həmçinin bildirdi ki, Quran tərcüməsinin ixtisası və ya Quran tərcümə üsulları ixtisasının insanların düzgün ruhda tərbiyə olunmasına zəmin yaradacaq.
İranın Quran xəbər agentliyi : Quranşünas və tərcüməçi Höccətül-islam vəlmüslimin MəhəmmədƏli Rezayi Esfahani İranın Quran xəbər agentliyi ilə müsahibəsində bu məumatı verməklə yanaşı dedi: Quranın tərcüməsi əslində bütün zamanlarda və məkanlarda, bütün insan nəsillərinə Allahın həqiqət xəbərlərini çatdırmaqdır.
O, Qurani-Kərimin fars dilinə tərcümə tarixçəsinə işarə edərək dedi: Qurani-Kərimin fars dilinə tərcüməsi əzəmətli islam inqilabından sonra çox qəribə və təəccüblü inkişafa malik olmuşdur. Ancaq böyüklərin buyurduğu kimi hələ qarşıda uzun yol keçməlidir, çünki hələ yolun ortasındadır. 812895
captcha