IQNA

Kərbəlada İsveç dilində 3000 dini kitab nəşr ediləcək

12:46 - July 13, 2011
Xəbər sayı: 2153954
Beynəlxalq şöbə: Qurani-Kərim, Səhifeye-Səccadiyyə, Nəhcül-Bəlağə ilə əlaqədar Kərbəlada İmam Hüseyn (ə)-ın müqəddəs hərəminin nəzdində 3000 dini kitab isveç dilində nəşr edilərək İsveçrədə paylanacaq.
İran Quran Xəbər Agentliyi (İQNA): “NUN” xəbər bürosunun məlumatına əsasən, bu dini kitablar silsiləsi Höccətülislam Əbdülmehdi Kərbəlayinin sifarişi ilə ilk dəfə olaraq isveç dilində nəşr ediləcək, bu kitabların isveç dilində nəşr edilməsinin əsas məqsədi Avropa ölkələrində Əhli-beyt (ə) mədəniyyətinin, islam elmlərinin təbliğidir.
İmam Hüseyn (ə)-ın pak hərəminin məsul nümayəndəsi Cəmaləddin Şəhristani bu haqda dedi: İmam Hüseyn (ə)-ın adına fəaliyyət göstərən bu müəssisənin bu yolda atdığı addımlar bütün dünyada müsəlmanların ehtiyaclarının ödənilməsi üçün əsas zəmin hesab edilir.
Vəlid Abbas dedi: İsveçrənin 9 milyon əhalisi vardır, onun 2 milyondan çoxunu bu ölkədə məskunlaşan müsəlmanlar və müsəlmanları qəbul etmiş isveçlər təşkil edir. Bu ölkədə hər il Aşura günü mərasimlər keçirilir.
O, sonda dedi: Biz isveç dilində islam kitablarının nəşr edilməsində maliyyə problemi ilə üzləşirik, 3000 Qurani-Kərim, Səhifeye-Səccadiyyə, Nəhcül Bəlağə kitablarının İmam Hüseyn (ə) adına mədəni müəssisəsi tərəfindən nəşri bu sahədə çox mühüm addım hesab olunurş.
Isveç dili Hind-Avropa dilləri qrupuna aiddir, Finlandiya ölkəsinin bir hissəsi bu dildə ünsiyyət yaradır, isveç dili İsveçrə ölkəsinin rəsmi dili hesab olunur.
824445
captcha