IQNA

İŞİD: Rusiyada qan gölü yaradacayıq!

1:15 - November 15, 2015
Xəbər sayı: 3450526
Xarici şöbə: İŞİD terror qruplaşması dünyanın ən böyük dövləti olan Rusiyanı hədələyib. Terrorist yaraqlıların yaydığı videoda, terror qruplaşmasının üzvləri tezliklə Rusiyada terror aktları törədəcəklərini bildiriblər.


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "qafqa mədəniyyət mərkəzi"nin informasiya portalına istinadla verdiyi xəbərə görə, İŞİD terror qruplaşmasının üzvləri Moskvanı hədələyərək tezliklə Rusiyada terror aktları törədəcəklərini bildiriblər. Videoda terrorçular rus dilində “Tezliklə qan su yerinə axacaq!” – deyə xəbərdarlıq ediblər. Ekspertlər belə hesab edirlər ki, İŞİD-in bu hədəsinə səbəb Rusiyanın Suriyada Bəşər Əsədə dəstək göstərməsidir.



Videomüraciət barədə verilən xəbərlərdə deyilir ki, IŞID-in media orqanı videonu rus dilində hazırlayıb: “Çoxsaylı qətl səhnələrini əks etdirən çarxda deyilir ki, Qafqaz geri alınacaq və onun qara qüvvələr tərəfindən idarəolunmasına son qoyulacaq”.



Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Həmin gün səhər verilən qərarla Rusiya Federasiyasının Şurası prezident Vladimir Putinə ölkənin ordusunu xarici ölkələrdə istifadə etməyə icazə verib. Elə ilk hava zərbələri də məhz həmin günə təsadüf edir.



Rusiya Bağdad mərkəz kəşfiyyat idarəsinin vasitəsi ilə İraq, İran və Suriyada aparılan terrorizmlə mübarizə proqramında yaxından iştirak və həmkarlıq edir.  



3447767

Teqlər: rusiya ، İŞİd ، terror ، moskva
captcha