İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Vəfd" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Misr respublikasının Vəqflər Nazirliyi ölkənin İslami İşlər İdarəsinin Ali Şurasının həmkarlığı ilə Quran-Kərimin tərcüməsini dünyanın 10 canlı dilində nəşr etdirməyə hazırlaşır. Bu layihədə Quran-Kərim dünyanın İngilis, Alman, Frasnsız, Alman, İspan, Rus, Çin, Səvahili, İndonzeiya, Koreya və Alban kimi canlı dillərinə tərcümə və çapı həyata keçiriləcəkdir.
Misr respublikasının Vəqflər Nazirliyi bəyaniyyə yayaraq elan etdi: Bu nazirlik Quran-Kərimi Fransız və Çin dilinə tərcümə və çap etmişdir. Yeni layihədə Quran-Kərimin tərcümələri yenidən nəzərdən keçiriləcək və başqa dillərə də tərcümə və nəşr ediləcək.
Bu bəyaniyyədə deyilir: Misr respublikasının Vəqflər Nazirliyi tərcümələri çap və nəşr etdikdən sonra, onların elektron nüsxəsini bu nazirliyin internet portalında yerləşdirəcəkdir.
Bəyaniyyədə deyilir: Misr respublikasının Vəqflər Nazirliyinin bu planın icarsında hədəfi İslam dininin doğru yayılması, insanların dini və milli vəzifələrinə bağlılığı və Quran-Kərimin ərəb dilini bilməyənlərə asan şəkildə başa salınmasıdır.
Misr respublikasının Vəqflər Nazirliyi bundan öncə də Quran-Kərimi Çin və Fransız dillərinə təcümə edərək öz "facebook" sosial şəbəkəsində paylaşmışdı.