IQNA

Səudiyyə şiə sünni fitnəsi yaratmaq üçün külli miqdarda pul xərcləyir

10:27 - January 18, 2016
Xəbər sayı: 3480071
Tehran, 18. 01. 2016 - Əfqanistanın “Tibyan” adlı mədəni ictimai birliyinin sədri Seyid İsa Hüseyni Şeyx Nimrin anım mərasimində Səudiyyə Ərəbistanını hər yerdə məzhəb fitnəsi çıxarması üçün pul xərclədiyini deyib.

IQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Seyid İsa Hüseyni Əfqanıstanda da islam vəhdətinin də hədəfə aldındığını və bu planların da arxasında Səud rejiminin durduğunu bildirib: "Səud muzdluları ölkədə olan vəhdəti ciddi şəkildə hədəfə alıb. Onlar şiə-sünnü cəbhələrini qarşı-qarşıya qoymaq üçün külli miqdarda pul xərcləyirlər. Əvvəl şiə-sünnü cəbhəsi, daha sonra şimal-cənub cəbhəsi yaradırlar".

"Tibyan” adlı mədəni ictimai birliyinin sədri daha sonra Əfqanıstandakı vəhdətin qorunmasının vacib olduğunu bildirərək "Əvvəla biz özümüz ayıq olmalı və bu vəhdətin qorunması üçün çalışmalıyıq. Bu iki cəbhənin daim vəhdət halında olması üçün əlimizdə olan hər fürsətdən istifadə etməliyik.” deyə danışıb.

captcha