IQNA

Vəfatının ildönümündə ustadın xatirəsini yad etmək

Mərhum Şəyşə: "Quran tilavəti" həyatımın missiyasına çevrildi

16:34 - June 25, 2026
Xəbər sayı: 3500611
İQNA – Mərhum ustad Əbül-Eyneyn Şəyşə Misir Quran radiosuna verdiyi müsahibələrdən birində qeyd etmişdi: "Qurani-Kərim uşaqlığımdan qanımda axırdı və mən bəzi məclisləri Quran ayələri ilə açırdım. 9 yaşım olanda atam dünyasını dəyişdi, lakin mən Allahın Kitabı ilə yoluma davam etdim və nəticədə Quran tilavəti həyatımın missiyasına çevrildi."

“İQNA”-nın məlumatına görə, iyunun 23-ü Misirdə "Quran dövlətinin bülbülü" ləqəbli, bu ölkənin Qariələr İttifaqının keçmiş sədri və Məscidül-Əqsada Qurani-Kərimi tilavət edən ilk misirli qari Şeyx Əbül-Eyneyn Şəyşənin vəfatının ildönümüdür.

Bu münasibətlə Misirin Milli Media Assosiasiyasının saytı, Misir radiosunun xəzinəsindən nadir və xüsusi bir müsahibəni yayımlayıb. Bu müsahibə 1984-cü ildə misirli aparıcı Ömər Bətişə tərəfindən "Quran əhli" proqramı çərçivəsində mərhum Şəişə ilə aparılmışdı.

Ustad Şəyşə bu söhbətin əvvəlində bildirib: "Mən 1939-cu ildə, Şeyx Məhəmməd Rifətdən sonra və Şeyx Mustafa İsmayıldan əvvəl Misir radiosuna qoşuldum."

O əlavə edib: "O vaxtlar radio yeni qurulmuşdu və mənim 9 nömrəli lent yazım var idi; onların cəmi 10 lent yazısı (Quran kasetləri) vardı."

Şəyşə bildirib: "Zöhr namazından əvvəl radioya çatırdım və tilavətimin vaxtı olan işa azanına qədər orada qalırdım."

O deyib: "O dövrdə indiki kimi qeydetmə sistemləri yox idi; tilavətlər canlı yayımlanırdı. Buna görə də, mən bütün günü radio binasının içində keçirirdim."

Ustad Şəyşə sözünə belə davam edib: "Quran-i Kərim uşaqlığımdan qanımda axırdı və mən bəzi məclisləri Quran ayələri ilə açırdım. Yaxın dostlarımdan bəziləri atama məsləhət gördülər ki, məni Quran əzbərləmə halqalarına yazdırsın."

O deyib: "9 yaşım olanda atam dünyasını dəyişdi, lakin mən Allahın Kitabı ilə yoluma davam etdim və nəticədə tilavət həyatımın missiyasına çevrildi."

Ustad Əbül-Eyneyn Şəyşə 22 avqust 1922-ci ildə Misirin Kəfrüş-Şeyx şəhərində anadan olub və 10 yaşında Quranı əzbərləyib. Bu misirli qari 23 iyun 2011-ci ildə dünyasını dəyişib.

4359999 

Teqlər: quran ، qari ، misir ، Şüəyşə
captcha