“İQNA”-nın, “Əl-Kəfil” saytına istinadən verdiyi məlumata görə, Şeyx Cavad ən-Nəsravi, Müqəddəs Həzrət Abbas (ə) Hərəminin Elmi Quran Şöbəsinə bağlı Kərbəla Quran İnstitutunun direktoru bildirib: “İnstitut Aşura gününü Qurani-Kərimin tilavəti ilə yad edib və bu tilavətin savabını İmam Hüseynə (ə), onun ailəsinə və səhabələrinə hədiyyə edib.”
O əlavə edib ki, Qurani-Kərim məclisi çoxlu sayda əzadarlıq edənin iştirakı ilə keçirilib. Məclisdə İmam Hüseynin (ə) Aşura gecəsini zikr və Allahın kəlamını tilavət etməklə Qurani-Kərimin müxtəlif hissələri oxunub.
Ən-Nəsravi qeyd edib ki, bu tilavət mərasimi Müqəddəs Həzrət Abbas (ə) Hərəminin Elmi Quran Məcməsi tərəfindən hər il həyata keçirilən proqramların bir hissəsidir. Məqsəd İmam Hüseynin (ə) uğrunda özünü, ailəsini və səhabələrini fəda etdiyi Qurani dəyərləri və prinsipləri cəmiyyətdə möhkəmləndirməkdir.



4360569