
IQNA-nın (Beynəlxalq Quran Xəbər
Agentliyi) verdiyi məlumata görə, Yəmənin paytaxtı Sənanın İslami İrşad və
Vəqflər dəftərxanasının yaydığı elanda bildirilir ki, Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü
nəticəsində bu ölkənin Səna əyalətində 136 məscid dağılıb.Sənanın İslami İrşad və Vəqflər dəftərxanasınınrəisi Eymən Əbdülqadir deyib ki, Səna əyalətində
49 məscid Səudiyyə rejiminin qırıcılarının bir başa bombalaması
nəticəsində tamamilə dağıdılıb və 87 məscidə isə ziyan dəyib.
Xəbərdə deyilir ki,
19 məscid Sənhan və Bəni-Bəhlul, 13 məscid Həmdan, 5 məscid Biladrus, 3 məscid
Bəni-Mətər, 3 məscid Nihəm, 4 məscid Xulan və Hiymə, 1 məscid Həcanə və 1
məscid isə Bəni Həşiş rayonlarında viran edilmişdir. Eymən Əbdülqadirin sözlərinə görə, dağıdılmış
məscidlərin 80 faizdən çoxu Yəmənin mədəni və tarixi əsərləri sırasında olub və
bəzi məscidlərin tikilmə tarixi 100 ildən daha çox olub.
E. Əbdülqadir tarixi abidələrə hücumların
təşkilini beynəlxalq qanunlara zidd olduğunu bildirib və Səudiyyə rejimi və
müttəfiqlərinin tarixi abidələrə hücumunu pisləyib.